17 yanvar 2018, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - Türkmən və Türk Mən - Doğrudanmı gözləriniz kordur?..  
Türkmən və Türk Mən - Doğrudanmı gözləriniz kordur?..  
18.10.2017, 12:54

Fazil Mustafa,
Milli Məclisin üzvü

Biz bir toplum olaraq nəyə sevindiyimizin, nəyə ağladığımızın fərqində deyilik. Tarixdən onlarla misal gətirə bilərəm ki, hansı zibillərlə qürur duymağa, hansı faydalı dəyərləri torpağa gömməklə məşğul olmuşuq. İndi də türkmənlər məsələsində verilən məllumatlara özümüzü aldadaraq sevinc içindəyik. Guya Türkmənlər azad edildi! Doğrudanmı tarix oxumursunuz, doğrudanmı gözləriniz kordur, fəhminiz köklü-dibli kortalıb?

Kərkükdə indiyədək ona görə türkmən qardaşımız ayaqda dururdu ki, oraya Türkiyənin təsiri vardı, kürdlər də o bölgədə ABŞ-ın himayəsi ilə at oynatsalar da, onlara qarşı xüsusi aqressivlik edə bilmirdilər. Çox sayda İraqlı türkmən Türkiyənin məktəblərində, universitetlərində təhsil alaraq oraya göndərilmişdilər. Türkiyənin türkmənlərlə bağlı siyasətində zaman-zaman yavşaqlıqlar olduğunu mən də qəbul edirəm, ancaq bütün hallarda onları yalnız buraxmaq deyə bir siyasət düşünülmədi heç vaxt. Sadəcə Türkiyə gücü çatanı etməyə çalışdı. Bununa belə türkmənlərin əsas düşməni əvvəlcə Səddam, ardınca indiki İraq yönətimi idi. Sadəcə Səddam dövründə də, Səddamdan sonrakı dövrdə də İraq məclislərinin və hökumətlərinin tərkibinə diqqət yetirsəniz türkmənə hansı dəyər verildiyini görərsiniz. PKK xaric, Bərzani kürdləri ilə az-çox yola gedirdilər, demoqrafik durumda kürdlərin xeyrinə ciddi dəyişikliklər olsa da, hər halda kürdlər türkmənlərlə açıq münaqişəyə Türkiyənin qorxusundan girmirdilər.

Bu ərəfədə Qərb ölkəllərininn başkəsən İslam gilyotini kimi hazırladığı, bizdə də bir çox debil müsəlman kimliyi daşıyan şəxslərin simpatiya bəslədiyi İŞİD ortaya çıxdı və qəsdən məzhəbçi zəmində türkmənlərə qarşı amansız davrandı ki, iç çatışmalar daha da şiddətlənsin. Yəni türkmənlərin əsas düşməni kürdlər deyil, Qərbin İŞİD başkəsənləri oldu. İndi isə İraq ordusu adı ilə İranın başqa bir İŞİD-dən fərqlənməyən yobaz zehniyyətə sahib qruplaşmaları guya Kərkükü azad edərək türkmənlərə verib. Bu qüvvələr İraq ordusu adı ilə bölgəyə daxil olublar, türmənlər də canlarının dərdindən soyqırım etməsinlər deyə, özlərini sevinən göstərməyə başlayıblar. Əgər Türk qüvvələri İraq ordusu adı ilə bölgəyə daxil olsaydı, sevinməyə tam əsasımız olardı. Bizim üçün türkmənin şiəsi, sünnisi, ateisti, deisti yoxdur, yalnız türk kimliyi var. Sabah türkmən qiyafəsində türkə qarşı, Türkiyəyə qarşı, Azərbaycana qarşı fars zehniyyətinin, kürd zehniyyətinin, ərəb zehniyyətinin daşıyıcısı olan çevriləcək hansısa türkməndən mənə nə?

Məni Güney Azərbaycanda yaşayan türklərə də baxışım belədir. Dini, məzhəbi, sosial durumu önməli deyil, təfəkkürcə moderndirsə, öz milli kimliyini qondarma dini kimliyindən uca tutursa, mənim müttəfiqimdir, demək ki, kimsə fətvası ilə bizə qarşı vuruşmayacaq, erməninin sıralarından bizə atəş açmayacaq, bizim sıramızda olacaq, qardaş kimi, həmvətən kimi bu Vətəni birlikdə təhlükələrdən həm güneydə, həm də quzeydə qoruya biləcəyik. Həmin Həşdi-Sabiinin babaları yüz il öncə Təbrizə də girmişdilər, nə oldu, 30 milyonluq xalq azad oldumu, öz dilində məktəb oxuya bildimi? Səttarxan o günki ağlı ilə Təbrizdən Tehrana məşrutiyyət məktubu aparanda bilgisizlikdən bunu anlamadı, bəs siz yüz il sonra da eyni bilgisizliyi necə davam etdirə bilirsiniz? Hələ türk dilini yasaqlaya-yasaqlaya rəhbərlik səviyyəsində öz dilini danışa bilməyən uşağın müti anasına da ayıb etmədən tövsiyyə edirlər ki, evdə heç olmazsa ana dilinizi öyrədin. İndi türkmən qardaşımız da Güney Azərbaycanda yaşayan qardaşımız kimi azadlığı çıxdı. Açın mollaxanalarınızı, bağlayın dünyəvi məktəblərinizi, kitabınıızı tullayıb zəncirinizi götürün əlinizə sonra da ah-nalə edin ki, əsrdən niyə geri qalmışıq. Ay Mirzə Cəlilin, Sabirin qaranlıq düşüncəsini sökə bilmədiyi soydaşım, həmvətənim.

Bu gün Azərbaycan ona görə müstəqil ola bildi, soyqırımdan qurtuldu ki, xilas etməyə türk ordusu gəldi, bəzilərinin yalandan iddia etdiyi kimi, bizdən aparmadı, Bakını, Azərbaycanı bizə verib getdi. Hətta qaniçən erməni-bolşeviklər gələndə belə Azərbaycan faktı qarşısında qaldılar, hakimiyyətinə Mirzoyanları, Kirovları gətirsələr də, xalq və ərazi faktını silə bilmədilər və yaşayaraq 18 oktyabrda bir daha tarixi fürsəti dəyərləndirib dövlət qurduq.

İndi bir sıra utanmazlar yazırlar ki, guya İraqda türkmənləri azad edən ordu gəlib Qarabağa da Azərbaycan bayrağını taxacaqlar! Bu axmaqlar anlamırlar ki, neçə illərdir həmin ordu ermənilərə hərbi, siyasi, iqtisadi dəstək verdiyinə görə indiyədək torpaqları azad etməyə gücümüz çatmır.

O Bayrağı bir zaman Qarabağa özümüz taxacağıq, ancaq hələ ki, bu ağılla, bu imanla mümkün olmur. Çünki vaxtilə Sabiri, Mirzə Cəlili doğru oxuya bilmədiyimiz kimi, indi də dünyanı, çevrəni, faydamıza olanları doğru oxuya bilmirik...

Türkmən və Türk Mən. Bir- birimizi qan testi ilə deyil, məzhəb vəsiqəsi ilə deyil, sağlam modern düşüncə ilə tanıyacağımız günə hazırlaşmalıyıq.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Əhliman Əmiraslanov vətəndaşları qəbul etdi
17.01.2018, 16:44

Əhliman Əmiraslanov vətəndaşları qəbul etdi

Elmar Məmmədyarov Fransada nazirlər görüşdü, saziş imzalandı
17.01.2018, 16:26

Elmar Məmmədyarov Fransada nazirlər görüşdü, saziş imzalandı

Milli Məclis “Azərbaycan Ordusu haqqında” sənədi müzakirəyə çıxaracaq   
17.01.2018, 16:24

Milli Məclis “Azərbaycan Ordusu haqqında” sənədi müzakirəyə çıxaracaq  

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA
17.01.2018, 16:10

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

3 yeni telefon buraxılacaq
17.01.2018, 16:04

3 yeni telefon buraxılacaq

Vikipediya-da Cümhuriyyəti Parlamenti haqqında məqalə dəyişdirildi   
17.01.2018, 16:02

Vikipediya-da Cümhuriyyəti Parlamenti haqqında məqalə dəyişdirildi  

Azərbaycanın dövlət qurumları dini ekstremizmə qarşı birgə mübarizəyə başladı   
17.01.2018, 15:57

Azərbaycanın dövlət qurumları dini ekstremizmə qarşı birgə mübarizəyə başladı  

Çox adam “tanınmış”, “məşhur” olub - Belə getsə, tezliklə “dahi” də olacaqlar...
17.01.2018, 15:53

Çox adam “tanınmış”, “məşhur” olub - Belə getsə, tezliklə “dahi” də olacaqlar...

Azərbaycan - Avropa İttifaqı danışıqları Avropa Parlamenti komitələrinin gündəliyinə daxil edildi
17.01.2018, 15:46

Azərbaycan - Avropa İttifaqı danışıqları Avropa Parlamenti komitələrinin gündəliyinə daxil edildi

Ərdoğan Roma Papası ilə görüşəcək
17.01.2018, 15:43

Ərdoğan Roma Papası ilə görüşəcək

Azərbaycanda jurnalistlərin nə qədər maaş aldığı bəlli oldu
17.01.2018, 15:33

Azərbaycanda jurnalistlərin nə qədər maaş aldığı bəlli oldu

Bakı yollarında nöqsanlar aşkarlandı – RƏSMİ
17.01.2018, 15:32

Bakı yollarında nöqsanlar aşkarlandı – RƏSMİ

Husilər Səudiyyə Ərəbistanına raket atdılar
17.01.2018, 15:31

Husilər Səudiyyə Ərəbistanına raket atdılar

Builki qəbul, buraxılış və sınaq imtahanlarının tarixləri ELAN OLUNDU  
17.01.2018, 15:18

Builki qəbul, buraxılış və sınaq imtahanlarının tarixləri ELAN OLUNDU  

Koreya səfiri BDU-da
17.01.2018, 15:17

Koreya səfiri BDU-da

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK
17.01.2018, 15:14

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK

Qubada modul tipli məktəb istifadəyə verildi - FOTO
17.01.2018, 15:04

Qubada modul tipli məktəb istifadəyə verildi - FOTO

Əflatun Amaşov hansı saytlara dövlətdən maliyyə ayrılacağını açıqladı - ŞƏRTLƏR   
17.01.2018, 14:58

Əflatun Amaşov hansı saytlara dövlətdən maliyyə ayrılacağını açıqladı - ŞƏRTLƏR  

Vergilər Nazirliyi QALMAQALLI “Grand Hospital”ı yoxlamağa başladı
17.01.2018, 14:48

Vergilər Nazirliyi QALMAQALLI “Grand Hospital”ı yoxlamağa başladı

Bu ölkələrdə kişilərə təcavüz edilir - Bəs Azərbaycanda vəziyyət necədir?
17.01.2018, 14:43

Bu ölkələrdə kişilərə təcavüz edilir - Bəs Azərbaycanda vəziyyət necədir?

Baş redaktordan Dilçilik İnstitutunun direktoruna MÜRACİƏT: “Orfoqrafiya islahatına ehtiyac varsa…”
17.01.2018, 14:35

Baş redaktordan Dilçilik İnstitutunun direktoruna MÜRACİƏT: “Orfoqrafiya islahatına ehtiyac varsa…”

İran erməni kilsəsini YUENSKO-nun siyahısına salmaq istəyir
17.01.2018, 14:35

İran erməni kilsəsini YUENSKO-nun siyahısına salmaq istəyir

Xəbər saytları ilə SOCAR-ın qarşıdurması - Tərəflər bir-birini İTTİHAM EDİR
17.01.2018, 14:26

Xəbər saytları ilə SOCAR-ın qarşıdurması - Tərəflər bir-birini İTTİHAM EDİR

Yeni virus aşkar edildi
17.01.2018, 14:19

Yeni virus aşkar edildi

Samaradakı diaspor təşkilatının sədri: “Azərbaycanlıların 4 təşkilatı var, hərə bir tərəfə çəkir” - MÜSAHİBƏ
17.01.2018, 14:15

Samaradakı diaspor təşkilatının sədri: “Azərbaycanlıların 4 təşkilatı var, hərə bir tərəfə çəkir” - MÜSAHİBƏ

Müflis olmuş “DəmirBank”la bağlı daha bir müraciət    
17.01.2018, 13:53

Müflis olmuş “DəmirBank”la bağlı daha bir müraciət   

48 nəfər difteriyadan öldü  
17.01.2018, 13:51

48 nəfər difteriyadan öldü  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BDU arasında əməkdaşlıq...
17.01.2018, 13:37

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BDU arasında əməkdaşlıq...

Sarkisyan Putini təqlid edir
17.01.2018, 13:24

Sarkisyan Putini təqlid edir

Naxçıvanda hərbi hissə komandirlərinin təlimi keçirilir   
17.01.2018, 13:12

Naxçıvanda hərbi hissə komandirlərinin təlimi keçirilir  

ADU-da mediatur təşkil olunub - FOTOLAR
17.01.2018, 13:04

ADU-da mediatur təşkil olunub - FOTOLAR

Rusiyada hakimiyyət dəyişsə, Azərbaycan nə qazanacaq?
17.01.2018, 12:55

Rusiyada hakimiyyət dəyişsə, Azərbaycan nə qazanacaq?

Qız üstündə DAVA: Azərbaycanlı ermənini öldürdü
17.01.2018, 12:52

Qız üstündə DAVA: Azərbaycanlı ermənini öldürdü

Nazir əməliyyat müşavirəsi keçirdi - “Formula-1”ə görə tapşırıq verdi
17.01.2018, 12:47

Nazir əməliyyat müşavirəsi keçirdi - “Formula-1”ə görə tapşırıq verdi

Ələtdə Azad İqtisadi Zona yaradılır - Milli Məclisə yeni qanun layihəsi daxil oldu - EKSKLÜZİV
17.01.2018, 12:39

Ələtdə Azad İqtisadi Zona yaradılır - Milli Məclisə yeni qanun layihəsi daxil oldu - EKSKLÜZİV

ARXİV
SORĞU
Aylıq məvacibinizi ən çox nəyə xərcləyirsiniz?
- Ərzağa(53.8%)
- Geyimə(3.61%)
- Müalicəyə(5.62%)
- Kommunal xidmət haqlarına(14.0%)
- Təhsilə(2.40%)
- İstirahətə(1.20%)
- Kitaba(0.80%)
- Rüşvətə(4.41%)
- Əyləncəyə(0.80%)
- Digər şeylərə(13.2%)