Modern.az

İkinci sinif şagirdi Topçubaşov adına xəstəxanada öldü

İkinci sinif şagirdi Topçubaşov adına xəstəxanada öldü

Aktual

18 Oktyabr 2017, 16:58

akıda 8 yaşlı uşaq cərrahiyyə əməliyyatı zamanı ölüb.

"Report"un məlumatına görə, hadisə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şölə Sübhan qızı Kərimova böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Uşaq əməliyyat masasında dünyasını dəyişib. 

Yaxınları iddia edir ki, narkoz çox verildiyi üçün uşaq ölüb.

Qeyd edək ki, 2-ci sinifdə oxuyan Ş.Kərimova bir ildən artıqdır böyrək xəstəliyindən əziyyət çəkirmiş. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır