Modern.az

Sobçak  namizədliyini müxalifətçinin xeyrinə geri götürür

Sobçak  namizədliyini müxalifətçinin xeyrinə geri götürür

Dünya

19 Oktyabr 2017, 00:43

Rusiyada 2018-ci il prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edən televiziya aparıcısı Kseniya Sobçak  namizədliyini müxalifətçi Aleksey Navalnıyın xeyrinə geri götürməyə hazır olduğunu bildirib. Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə K.Sobçak “Dojd” telekanalına müsahibəsində deyib.

 

“Əgər Navalnıyın namizədliyini qeydə alsalar, öz namizədliyimi geri götürmək də daxil olmaqla,  onunla müxtəlif variantları müzakirə etməyə hazıram”, deyə K.Sobçak vurğulayıb.

 

O, həmçinin, hakimiyyətdən A.Navalnıyın 2018-ci ilin prezident seçkilərinə buraxılmasını tələb edəcəyini qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı