Modern.az

“Qanuni oğru” Dadaş Novxanılı həbs olunub

“Qanuni oğru” Dadaş Novxanılı həbs olunub

10 İyun 2011, 15:15


Moskva hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində kriminal aləmdə “Dadaş Novxaninskiy” ləqəbi ilə tanınan 38 yaşlı azərbaycanlı “qanuni oğru” Dadaş İbrahimov həbs olunub.

APA-nın məlumatına görə, saxlanan şəxsin üzərindən 2,84 qram heroin aşkarlanaraq götürülüb. İlkin məlumata görə, Bakıda anadan olmuş Dadaş İbrahimova “qanuni oğru” adı 27 yaşında verilib. O ilk və yeganə məhkumluğunu 2002-ci ildə alıb. Məhkəmə Dadaş İbrahimovu 1,5 il azadlıqdan məhrum edib. Hazırda “Dadaş Novxaninskiy” altı nüfuzlu azərbaycanlı “qanuni oğru”dan biri sayılır.

2009-cu ilin martında keçirilən əməliyyat zamanı “Dadaş Novxaninskiy” Kosmonavtlar küçəsində yerləşən “Podsolnux” restoranında “sxodka”da saxlanıb. Milislər onunla birlikdə “sxodka”da olan “Masallı Mamed”, “Qoca” və “Bakılı Yusif”i də saxlayıblar. Lakin sonradan saxlanan şəxslər azadlığa buraxılıb.

Rusiya mətbuatının yazdığına görə, günahı sübuta yetiriləcəyi təqdirdə “Dadaş Novxaninskiy”i 3 ildən 10 ilədək həbs cəzası gözləyir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır