Modern.az

Silahlı insidentdə yaralanan soydaşımız süni tənəffüs aparatına qoşulub

Silahlı insidentdə yaralanan soydaşımız süni tənəffüs aparatına qoşulub

Aktual

20 Oktyabr 2017, 19:51

Gürcüstanın Marneuli rayonunda ötən gecə silahlı insident nəticəsində yaralanan şəxslərin ikisi xəstəxanadan evə buraxılıb. Modern.az APA-ya istinadən xəbər verir ki, “Gürcü Arzusu” partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarovun vəziyyəti isə ağır olaraq qalır. O, süni tənəffüs aparatına qoşulub. Xəsarət alan digər şəxslərin vəziyyəti isə stabildir.

Xəstəxanada keçirilən konsilium pasientlərin digər klinikaya köçürülməsinə ehtiyacın olmaması barədə qərar qəbul edib.

Xatırladaq ki, dünən naməlum şəxslər hakim “Gürcü Arzusu” partiyasının Marneuli rayon bələdiyyə üzvlüyünə Qızılhacılı kəndi üzrə majoritar namizədi Ceyhun Çovdarov və onu müşayiət edən 4 nəfərə atəş açıblar. Onların hamısı güllə yarası alıb. Hadisə “Gürcü Arzusu” partiyasının kənddəki qərargahı yaxınlığında baş verib. Gürcüstan DİN faktla bağlı istintaq aparır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır