Modern.az

Əfqanıstandakı partlayışda ölənlərin sayı 72-yə çatdı - YENİLƏNİB

Əfqanıstandakı partlayışda ölənlərin sayı 72-yə çatdı - YENİLƏNİB

Dünya

21 Oktyabr 2017, 09:06

Reuters agentliyi xəbər verib ki, Əfqanıstanda iki məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.

***

Əfqanıstanda məscidlərdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, partlayışda ölənlərin sayı 59-a çatıb.

Əfqanıstan Daxili işlər nazirliyinin məlumatına görə, daha 55 nəfər yaralı var.

Qeyd edək ki, İŞİD terror təşkilatı Kabildəki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

 

20:02

 

Əfqanıstanda növbəti dəfə partlayış törədilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, paytaxtı Kabildə məsciddə terrorçu-kamikadze özünü partladıb.

Partlayış nəticəsində 30 nəfər ölüb, 20 nəfər yaralanıb. Ölənlər arasında qadın və uşaqlar da var.

 

İkinci partlayış isə Qur əyalətində baş verib. Həmin partlayışda 10 nəfər ölüb. Terror hadisələrinə görə, məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır