Modern.az

Büdcədən eks-prezidentlərə ayrılan vəsait artırılıb

Büdcədən eks-prezidentlərə ayrılan vəsait artırılıb

Ölkə

2 Noyabr 2017, 17:10

2018-ci il dövlət büdcəsindən “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminat xərcləri” üzrə 304,891 manat vəsaitin ayrılması nəzərdə tutulur.

 Modern.az-ın məlumatına görə, bu barədə “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Bu vəsait, 2017-ci illə müqayisədə 1873 manat çoxdur.
 

Qeyd edək ki, “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitutsiya Qanununa əsasən, Azərbaycanın keçmiş Prezidentinə fəaliyyətdə olan Prezidentin aylıq vəzifə maaşının 50%-i məbləğində aylıq pensiya, vəfat etmiş Prezidentin ailə üzvünə isə həmin aylıq pensiya məbləğindən 50%-i məbləğində müavinət ödənilir.

 Bundan əlavə, keçmiş Prezidentə nəqliyyat vasitəsi, sürücü, təhlükəsizlik heyəti təminatları və fəaliyyətdə olan Prezidentin aylıq vəzifə maaşının 20%-i məbləğində təmsilçilik xərcləri də nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı