25 iyun 2018, Bazar ertəsi
Ana Səhifə - ÖLKƏ - Partiya sədrləri istefa verməyə pis BAXIRLAR
Partiya sədrləri istefa verməyə pis BAXIRLAR
11.11.2017, 14:25

2018-ci ildə Azərbaycanda növbəti Prezident seçkiləri keçiriləcək.

Əgər seçkilərdə uğurlu nəticələr göstərməyəcəkləri təqdirdə partiya sədrləri istefa verəcəkmi?

 

Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat  Fərəc Quliyev Modern.az-a bildirib ki,nə namizədlik vermək haqqında düşüncələri var, nə də başqa məsələlər haqqında.

 

“Prezident seçkilərində qalib gəlmədiyim təqdirdə niyə istefa verməliyəm? Prezident seçkiləri başlamayıb deyə bizim heç bir münasibətimiz yoxdur”.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:

 

“Dünyanın hansı siyasət sahəsində görülüb ki, qələbə olmayan yerdə mütləq istefa olmalıdır. Bəzi adamlar prezident olmaq üçün birdəfəlik siyasətə girir. Prezident olduqdan sonra siyasətdən gedir. Biz ömrümüzü xalqımıza həsr eləmişik. Mən prezident, deputat olmağı qarşıma məqsəd qoymamışam. Mənim məqsədim son nəfəsimə qədər xalqımın, millətimin təhlükəsizliyini, müstəqilliyini, suverenliyini qorumaqdır. Ona görə də mənim istefam mənim ölümümlə ola bilər. Mən Azərbaycan Xalq Hərəkatına, siyasi işə prezident olmaq üçün qoşulmamışam. Tanınmış sosioloq Veber deyir ki, insanlar siyasətdə iki cür iştirak edir:.siyasət naminə, siyasət hesabına yaşamaq üçün

Siz dedikləriniz siyasət hesabına yaşayanlardır. Onlar prezident olmaq istəyir, deputat olmaq istəyir, nazir olmaq istəyir. Olmadıqda isə başqa işlə məşğul olur. Bir də var siyasət naminə yaşayanlar.Yəni özünü siyasətə həsr edənlər. Əgər özünü həsr edəcəksənsə, son nəfəsinə qədər etməlisən. Hansısa seçkidə qalib gəlmək sənin siyasətdə qalıb qalmadığını müəyyən edə bilməz.

Mən və mənim kimi adamlar, Azərbaycan Xalq Hərəkatından çıxmış adamlar, siyasət naminə yaşayır. bundan ötəri siyasətə gəlməmişəm ki, uduzanda da çıxım gedim. Sovet hökumətinin vaxtında nə prezident seçkiləri var idi, nə deputat seçkiləri. Biz o vaxtdan siyasətdəyik. Onda niyə siyasətdə iştirak edirdik? Mən siyasətin içinə 1985-ci illərdən düşmüş adamam. Mənim üçün seçkinin siyasətdə qalmağımda nə kimi mənası ola bilər?”

 

Böyük Qurtuluş Partiyasının sədri, deputat  Fazil Mustafa isə fərqli düşünür:

 

“Namizədliyimi irəli sürsəm və partiyanın qurultayında belə bir qərarımız olsa siz dediyiniz ola bilər. Bunlar qurultayın həll edəcəyi məsələlərdir. Daimi heç bir sədrlik yoxdur, daimi heç bir rəhbərlik yoxdur. Bu ənənəni qoymaq da lazımdır. İndiki şərtlərdə bunu söyləmək bir qədər çətindir. Amma bu da var ki, partiyanı zəiflətmək üçün kimi gəldi seçməklə məsələ həll olunmur. Ona görə təkcə bizim mövqedən söhbət getmir. Partiya üzvlərinin taleyindən söhbət gedir. Liderin kim olması önəmlidir. O dövrə qədər uyğun bir lider çıxarsa, öz platforması ilə uyğun şərtlərdə partiyanı apara biləcəyinə inandıra bilərsə onda bu mümkündür”.

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:

 

“Prezident seçkilərində iştirak etmək haqqında qərar vermişik. Mən prezidentlik uğrunda mübarizə aparıram. Ruhdan düşmədən, ardıcıl. Partiyamız da buna tam hazırdır. Prezident seçiləndən sonra çalışacağam ki, partiyadan istefa verim və bütün partiyaların hamısının prezidenti Hafiz Hacıyev olsun. Azərbaycanda ayrı seçkilik olmasın”

 

Ümid Partiyasının sədri İqbal Ağazadə:

 

“Yalnız  Prezident seçkilərində qalib gəlsəm, partiya sədrliyindən istefa verəcəyəm”. 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İnce Ərdoğanı təbrik edəcək
25.06.2018, 13:49

İnce Ərdoğanı təbrik edəcək

Türkiyə ordusu 24 terrorçunu məhv etdi
25.06.2018, 13:45

Türkiyə ordusu 24 terrorçunu məhv etdi

BMqT-nin nümayəndəsi qaçqın problemi haqda məlumatlandırıldı   
25.06.2018, 13:41

BMqT-nin nümayəndəsi qaçqın problemi haqda məlumatlandırıldı  

“Hərbi paradla çox ciddi siyasi mesajlar veriləcək” - Politoloq gözlənilən hadisəni ŞƏRH ETDİ
25.06.2018, 13:36

“Hərbi paradla çox ciddi siyasi mesajlar veriləcək” - Politoloq gözlənilən hadisəni ŞƏRH ETDİ

Türkiyə parlamentinin Şuşadan olan azərbaycanlı millət vəkili Modern.az-a DANIŞDI
25.06.2018, 13:18

Türkiyə parlamentinin Şuşadan olan azərbaycanlı millət vəkili Modern.az-a DANIŞDI

Xızıda maşın aşdı - sürücü öldü
25.06.2018, 13:12

Xızıda maşın aşdı - sürücü öldü

Sabahkı istilərlə bağlı rəsmi XƏBƏRDARLIQ
25.06.2018, 13:10

Sabahkı istilərlə bağlı rəsmi XƏBƏRDARLIQ

“Türkiyə mühüm bir mərhələyə qədəm qoydu” - Depuat seçkiləri QİYMƏTLƏNDİRDİ
25.06.2018, 12:44

“Türkiyə mühüm bir mərhələyə qədəm qoydu” - Depuat seçkiləri QİYMƏTLƏNDİRDİ

İran prezidenti də Ərdoğanı təbrik etdi
25.06.2018, 12:44

İran prezidenti də Ərdoğanı təbrik etdi

Sabah paradda bu silahlar ilk dəfə göstəriləcək - SİYAHI   
25.06.2018, 12:38

Sabah paradda bu silahlar ilk dəfə göstəriləcək - SİYAHI  

Tərcümə Mərkəzinin nəşrləri xarici mətbuatda
25.06.2018, 12:30

Tərcümə Mərkəzinin nəşrləri xarici mətbuatda

Saxta manatı dollara satmaq istəyən Gəncə sakini saxlanıldı
25.06.2018, 12:28

Saxta manatı dollara satmaq istəyən Gəncə sakini saxlanıldı

Xanım jurnalistə ağır itki üz verdi   
25.06.2018, 12:28

Xanım jurnalistə ağır itki üz verdi  

Nərimanovda piyadanı vurub öldürən sürücü tutuldu
25.06.2018, 12:27

Nərimanovda piyadanı vurub öldürən sürücü tutuldu

Yerevan meriyası önündə aksiyalar BAŞLAYIB
25.06.2018, 12:23

Yerevan meriyası önündə aksiyalar BAŞLAYIB

Fuad Muradov Türkiyədə millət vəkili seçilən azərbaycanlıya zəng etdi   
25.06.2018, 12:18

Fuad Muradov Türkiyədə millət vəkili seçilən azərbaycanlıya zəng etdi  

Putin Ərdoğana: “Qələbə sizin böyük avtoritetinizdən xəbər verir”
25.06.2018, 12:15

Putin Ərdoğana: “Qələbə sizin böyük avtoritetinizdən xəbər verir”

Neft gəlirlərini indi elə xərcləmək lazımdır ki… - Deputat istiqamətləri sadaladı   
25.06.2018, 12:12

Neft gəlirlərini indi elə xərcləmək lazımdır ki… - Deputat istiqamətləri sadaladı  

1 ton 400 kq narkotik dövriyyədən çıxarılıb - Əli Həsənov
25.06.2018, 12:05

1 ton 400 kq narkotik dövriyyədən çıxarılıb - Əli Həsənov

Dəmirəlin doktoru, Bülent Arınçın oğlu, “Fənərbaxça”nın keçmiş futbolçusu deputat seçildi
25.06.2018, 11:58

Dəmirəlin doktoru, Bülent Arınçın oğlu, “Fənərbaxça”nın keçmiş futbolçusu deputat seçildi

Azərbaycanın ÜDM-i artıb: Nazir tapşırıq verdi
25.06.2018, 11:54

Azərbaycanın ÜDM-i artıb: Nazir tapşırıq verdi

Baytarlıq Xidmətinin rəhbərliyi yoxlama apardı
25.06.2018, 11:51

Baytarlıq Xidmətinin rəhbərliyi yoxlama apardı

Leysan yağışları Daşkəsəndə problem yaratdı
25.06.2018, 11:25

Leysan yağışları Daşkəsəndə problem yaratdı

Bakıda məşhur falçı məhkəmə zalından azadlığa buraxıldı
25.06.2018, 11:21

Bakıda məşhur falçı məhkəmə zalından azadlığa buraxıldı

Cənubi və Şimali Koreyada yaşayan qohumlar görüşdürüləcək   
25.06.2018, 11:01

Cənubi və Şimali Koreyada yaşayan qohumlar görüşdürüləcək  

Gəncədə YAP fəalları “atışdılar” - FOTOLAR
25.06.2018, 10:51

Gəncədə YAP fəalları “atışdılar” - FOTOLAR

“Bütün taksitlər Milana aparır” lotereyasının birinci tirajı keçirildi
25.06.2018, 10:46

“Bütün taksitlər Milana aparır” lotereyasının birinci tirajı keçirildi

BANM-ın tələbələri yay istehsalat təcrübəsində
25.06.2018, 10:44

BANM-ın tələbələri yay istehsalat təcrübəsində

Sabahkı paradın aparıcısı məlum oldu   
25.06.2018, 10:33

Sabahkı paradın aparıcısı məlum oldu  

Lent.az-ın 10 yaşı tamam oldu
25.06.2018, 10:26

Lent.az-ın 10 yaşı tamam oldu

Ukrayna dünyanı heyrətə salacaq silahların sınaqlarını KEÇİRDİ
25.06.2018, 10:20

Ukrayna dünyanı heyrətə salacaq silahların sınaqlarını KEÇİRDİ

Füzuli bölgəsində taxıl biçini hələ yekunlaşmayıb
25.06.2018, 10:11

Füzuli bölgəsində taxıl biçini hələ yekunlaşmayıb

Əmanətlərin Sığortalanması Fondu sorğu elan etdi
25.06.2018, 10:00

Əmanətlərin Sığortalanması Fondu sorğu elan etdi

İyunun 27-də 70 min şagird buraxılış imtahanı verəcək
25.06.2018, 09:57

İyunun 27-də 70 min şagird buraxılış imtahanı verəcək

Bolqarıstan baş naziri Ərdoğanı təbrik etdi   
25.06.2018, 09:54

Bolqarıstan baş naziri Ərdoğanı təbrik etdi  

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(11.5%)
Braziliya(24.7%)
Almaniya(10.6%)
İngiltərə(2.21%)
Portuqaliya(11.9%)
İspaniya(5.30%)
Fransa(4.42%)
Belçika(2.65%)
Seneqal(3.53%)
Rusiya(23.0%)