Modern.az

Maire Tecnimont BANM məktəbindən tələbələr seçdi

Maire Tecnimont BANM məktəbindən tələbələr seçdi

Aktual

17 Noyabr 2017, 10:29

Bakı Ali Neft Məktəbində (BANM) İtaliyanın Maire Tecnimont Group şirkətinin Azərbaycan üzrə nümayəndəliyi KT-Kinetics Technology şirkətdə təcrübə proqramında iştirak üçün seçim prosesini həyata keçirib. BANM-in 5-ci kurs və magistr tələbələri arasında edilən seçim prosesini KT-Kinetics Technology şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Haylpern və şirkətin İnsan resursları üzrə meneceri Aidə Bəşirova aparıb. 

 

Seçim prosesinin yekunu olaraq Ali Məktəbin tələbələri – “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan Gülsüm Əliyeva və Zərifə Orucova, “Kimya mühəndisliyi” ixtisası üzrə magistr təhsili alan Həcər Hidayətzadə və 5-ci kurs tələbəsi RuslanCəbrayıllıhəmin şirkətdə 17 həftəlik təcrübə proqramı keçmək imkanı əldə ediblər.Tələbələr proqram dövrü ərzində şirkətin strukturu və fəaliyyəti ilə tanış olur və BANM-də əldə etdikləri nəzəri və praktiki bilikləri aidiyyatı sahə üzrə tətbiq etməyə nail olurlar.

 

BANM və Maire Technimont Group arasında yaranmış ötən ilki uğurlu əməkdaşlığın nəticəsi olaraq Ali Məktəbin 2 məzunu – Sənan İbrahimov və Riyad Baxşıyev artıq KT-Kinetics Technology şirkətinin əməkdaşlarıdır.Tərəflər arasında əməkdaşlığın daha da inkişaf etdiyini nəzərə alaraq, növbəti ildə bu rəqəmin artması gözlənilir.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır