Modern.az

“Putinin yoluna bomba yerləşdirilib” - Anonim zəng  

“Putinin yoluna bomba yerləşdirilib” - Anonim zəng   

Aktual

18 Noyabr 2017, 10:17

Rusiya hüquq-mühafizə orqanlarına prezident Vladimir Putinin Sankt-Peterburqda kortejinin keçdiyi yolda 50 partlayıcı qurğunun yerləşdirilməsi barədə anonim zəng daxil olub.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, heç bir təhlükə təsdiqlənməyib və bu kimi məlumatlar prezidentin iş qrafikinə təsir etməyib.

“Təbii ki, təhlükəsizlik xidməti bu vəziyyətdə lazım olan hər şeyi edib. Faktla bağlı araşdırmalar aparılır”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı