21 iyul 2018, Şənbə
Ana Səhifə - QARABAĞ - Qarabağı qaytarmaq yox, Qarabağa qayıtmaq lazımdır
Qarabağı qaytarmaq yox, Qarabağa qayıtmaq lazımdır
18.11.2017, 14:33

Soçi görüşündə Türkiyə və Rusiya prezidentləri arasında Dağlıq Qarabağla bağlı gedən söhbətə, daha dəqiqi onun açıqlanan hissəsinə sosial şəbəkədə verilən reaksiyalara baxıram. Çoxu adekvatdır, amma bəziləri “Qarabağ getdi” deyərək, olduqca bədbin fikirlər irəli sürürlər. Bu, son dərəcə yanılışdır.


Birincisi, bilməliyik ki, Putinin Dağlıq Qarabağla bağlı son açıqlamasında yeni heç nə yoxdur. Bu, bir növ "tərəflər öz aralarında razılığa gəlsinlər, biz də dəstəkləyək" formuluna dayanan mövqe sərgilənməsi yox, mövqe gizlədilməsidir. Gizlədilən mövqenin nə olduğunu isə biz bilirik - vəziyyətin indiki kimi qalması.


Ancaq Rusiya və digərləri Dağlıq Qarabağın haylara verilməsinə tərəfdar çıxsa belə, biz buna razı olmasaq, o, alınan deyil.


Deyənlər tapılır və tapılacaq ki, bəs İrəvan, digər torpaqlarımız, onlar təzyiq nəticəsində haylara verildi axı.


Elədir, verildi, ancaq ona görə verildi ki, bizim aramızdan buna razı olanlar, həmin torpaqlarda Ermənistan yaradılandan sonra hayların və havadarlarının dinc oturacaqlarını düşünənlər vardı. Və onlar heç də sıradan adamlar deyildi.


İndi bu ölkənin rəhbəri, ən müxtəlif kürsülərdən təkcə hayların deyil də, onlardan qat-qat güclü havadarlarının və himayədarlarının gözlərinin içinə dik baxaraq, bəyan edir ki, Azərbaycan qoymayacaq öz torpaqlarında ikinci qondarma erməni dövləti yaradılsın, bunun nə demək olduğunu anlamaq o qədər çətindir bəyəm?


Bunu Dağlıq Qarabağ məsələsində kimin nə düşündüyünü, hansı oyunu oyandığını, nə istədiyini hamıdan daha dəqiq bilən bir Adam BMT kürsüsündən dilə gətirir ey! Ardınca da bildirir ki, əgər Ermənistan indi yeritdiyi siyasətdən əl çəkməsə, 2016-cı ilin aprelində baş verən döyüşlər daha geniş şəkildə təkrarlanacaq. 


Bir daha vurğulayıram, "nəyi gözləyirik", "lazım nə vaxt gələcək", "İrəvanı niyə bombalamırıq" kimi məsuliyyətsiz, burnundan uzağı görməyən, nə dediyinin fərqində olamayan biri deyil, Azərbaycan hər hansı addım atdıqda kimin necə reaksiya verəcəyini və verilən reakslyanın bizim üçün nəylə nəticələnəcəyini dəqiq bilən, məmləkətin bütün yükünü öz çiynində daşıyan Prezidentimiz, Ali Baş Komandanımız deyir bütün bunları!


Bəli, işğal altındakı torpaqları qaytarmaq bəzilərinin düşündükləri və təsəvvür etdikləri kimi elə də asan deyil. Ancaq bütün havadarları əleyhinə ola-ola, hətta onları da bu proseslərə qoşmaqla Ermənistanı təcrid vəziyyətində saxlamaq, oranı qarış-qarış olmasa da, adam-adam boşaltmaq, hayları regionun ən mariginal və yoxsul toplumu halına gətirmək də asan məsələ deyildi. Bunu biz bacarmadıqmı?!


Ömürlük həbs cəzası kəsilən Ramil Səfərovu Macarıstanda dəmir barmaqlıqlar arasından çıxarıb ölkəyə gətirmək, ona bir azərbaycanlı hərbçi kimi öz bacarığını, düşmənə olan bütün kin və nifrətini cəbhədə, Qarabağ uğrunda döyüşlərdə göstərmək şansını kim yenidən verdi? Bu necə, asan idi?


Bəs şəhid çavuşumuz Mübariz İbrahimovun nəşini haylardan alan, onu gətirən təyyarə yerə enməmiş Milli Qəhrəman adı verən, bütün hay havadarlarının narazılıq və donqultularına rəğmən bunu edən kimi idi? Bu elə-belə baş verdi, haylar öz xoşlarına şəhidimizin nəşini girov saxlamaq kimi ancaq özlərinə xas murdarlıqlarından vaz keçdilər?


Nəhayət, aprel döyüşləri. Bu döyüşləri Azərbaycan üçün həmişə fəxr edəcəyimiz bir sonluqla qurtarmağın, əsas da bunu hay havadarlarına və himayədarlarına həzm etdirməyin nə dərəcədə çətin olduğunu bəyəm bilmirik? Həm də nəzərə almaq lazımdır ki, aprel döyüşləri Qarabağın təkcə aran yox, dağlıq hissəsində- Dağlıq Qarabağda da gedirdi. Ən önəmli yüksəkliklərdən biri də məhz burada haylardan təmizləndi. Bu döyüşlər işğal altındakı digər torpaqların qaytarılması qarşılığında Azərbaycanın Dağlıq Qarabağdan vaz keçə biləcəyini düşünənlərə, bunu istəyənlərə və belə bir perspektivi bizə həzm etdirməyə çalışanlara verilən sərt, qətiyyətli və əsl böyük dövlətlərə xas bir cavab da deyildi, nə idi bəs?! 


Biz bütün bunları görmürükmü? Bu şərəfli anları yaşayan bir xalqın təmsilçiləri Dağlıq Qarabağla bağlı necə bədbin fikirlərə düşə bilər? Cənab İlham Əliyev kimi qətiyyətli, iradəli, bacarıqlı və təcrübəli bir liderimiz olduğunu, onun işğal altındakı torpaqlarımızla bağlı prinsipial və barışmaz siyasət yeritdiyini görə-görə necə “Qarabağ getdi” deyə bilərik? 


Bəli, əslində Soçi görüşündə danışqıların əsas mövzusu bu olmasa belə, qardaş Türkiyənin dövlət başçısının orada Dağlıq Qarabağ məsələsini qaldırması bizim üçün önəmlidir və alqışlayırıq. Ancaq Dağlıq Qarabağ probleminin sülh yoluyla çözümü Türkiyə və Rusiya deyil, Azərbaycan və Rusiya prezidentlərinin danışıqlarına bağlı məsələdir. Ermənistanın subyekt sayılmadığını, forpost rolu oynadığını, Qarabağı təkbaşına işğal etmədiyi kimi, onu dəstəksiz işğal altında saxlamağa gücünün də omadığını nəzərə alsaq, Rusiya bu məsələdə öz mühüm töhfəsini verə və bununla da regionda Azərbaycanın timsalında əsl dost qazanmaqla regionda mövqelərini möhkəmlədə bilər. Sadəcə, bir məsələni anlamaq olmur ki, problemin həllinin uzadılmasının ən yaxşı halda Rusiyanın burada mövqelərinin qorunub saxlanmasına xidmət etdiyini, ancaq hər il bu mövqe qalasından daşların töküldüyünü Moskvada bəyəm görmürlər? Bəyəm görmürlər ki, belə bir durum uzaq da yox, orta perspektivdə Rusiyanın özünün də əleyhinə işləyəcək və Dağlıq Qarabağ məsələsində onun fikirləri heç də indiki qədər önəmli olmayacaq? 

Ancaq, amma və lakin, Rusiya və yaxud da hər hansı başqa bir dövlətin Qarabağla bağlı nə düşündüklərindən asılı olmayaraq, biz istənilən halda öz bildiyimizi etməliyik, edəcəyik də. Çünki o torpaqlar bizimdir və bütün beynəlxalq aktlarda da bu, öz əksini tapıb. Yəni “Qarabağ getdi” deyənlər anlamalıdırlar ki, Qarabağ heç yerə getməyib və getməyəcək! Qarabağ olduğu yerdədir və yerində də olacaq. Bir sözlə Qarabağı qaytarmaq lazım deyil, Qarabağ yerindədir, bizimdir, Qarabağa qayıtmaq lazımdır!


Aprel döşülərində Lələ Təpəyə, Talış yüksəkliklərinə qayıtdığımız kimi... Mübariz İbrahimovun nəşi necə qaytarıldı, haylar buna necə məcbur edildilər, Ramil Səfərov Macarıstandan nə cür gətirildi biz də o cür qayıdacağıq, Qarabağımıza! Üç “h”- havadarları, himayədarları və haylar özləri bunu istəsələr də, istəməsələr də qayıdacağıq!


P.S. Yeri gəlmişkən, dünən Milli Məclisdəki çıxışımda da qeyd etdim, yeni "Rəşadət" ordeninin təsis edilməsinə mən Qarabağımıza qayıdış günümüzün müjdə rəmizi kimi baxıram. Varlığım qədər əminəm ki, gün gələcək biz sinəsində bu ordenin bərq vurduğu yüzlərlə oğul və qızımızı Xankəndində hərbi paradda addımlayan görəcəyik!

 

Sahib ALIYEV,
Milli Məclisin deputatı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sumqayıtda üçmərtəbəli mağaza yandı - VİDEO, YENİLƏNİB
21.07.2018, 23:16

Sumqayıtda üçmərtəbəli mağaza yandı - VİDEO, YENİLƏNİB

İstidən 13 nəfər öldü
21.07.2018, 22:59

İstidən 13 nəfər öldü

Xaçmazda meşə yanğını söndürüldü
21.07.2018, 22:19

Xaçmazda meşə yanğını söndürüldü

Su filtiri satan xanıma söz atılması ölümlə sonuclandı
21.07.2018, 22:00

Su filtiri satan xanıma söz atılması ölümlə sonuclandı

Sosial şəbəkələrdə avtoxilqanlıq təbliğ edilir - VİDEO
21.07.2018, 21:42

Sosial şəbəkələrdə avtoxilqanlıq təbliğ edilir - VİDEO

Lənkəranda avtomobil körpüdən aşıb
21.07.2018, 21:19

Lənkəranda avtomobil körpüdən aşıb

“WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edir
21.07.2018, 21:08

“WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edir

Türkiyədə 8 terrorçu məhv edilib
21.07.2018, 20:54

Türkiyədə 8 terrorçu məhv edilib

Sumqayıtda intihar edən abituriyentin anası özünü öldürdü: TƏFƏRRÜAT- YENİLƏNİB
21.07.2018, 20:35

Sumqayıtda intihar edən abituriyentin anası özünü öldürdü: TƏFƏRRÜAT- YENİLƏNİB

İran daha bir şəhər ayağa qalxdı - Video
21.07.2018, 20:17

İran daha bir şəhər ayağa qalxdı - Video

Acarıstanın yeni hökumət başçısı təsdiqləndi
21.07.2018, 20:04

Acarıstanın yeni hökumət başçısı təsdiqləndi

700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzalı olduğu üçün bağlandı
21.07.2018, 17:26

700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzalı olduğu üçün bağlandı

Bakıda daha bir piyada ÖLÜMÜ
21.07.2018, 17:05

Bakıda daha bir piyada ÖLÜMÜ

Bakı Şəhər Təhsil İdarəsi jurnalistləri təbrik etdi
21.07.2018, 16:45

Bakı Şəhər Təhsil İdarəsi jurnalistləri təbrik etdi

İlham Əliyev misirli həmkarını təbrik etdi
21.07.2018, 16:12

İlham Əliyev misirli həmkarını təbrik etdi

Zakir Həsənov xidməti müşavirə keçirdi - generallara tapşırıq verildi
21.07.2018, 16:00

Zakir Həsənov xidməti müşavirə keçirdi - generallara tapşırıq verildi

Deputatlığa namizəd ailəsi dəstəkləmədiyi üçün intihar etdi
21.07.2018, 15:33

Deputatlığa namizəd ailəsi dəstəkləmədiyi üçün intihar etdi

Azərbaycanın şəhid əsgəri dəfn olundu
21.07.2018, 15:18

Azərbaycanın şəhid əsgəri dəfn olundu

Dağıstandakı yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır
21.07.2018, 15:14

Dağıstandakı yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır

Qaradağdakı dəhşətli qəzaya görə sürücü həbs edildi
21.07.2018, 15:11

Qaradağdakı dəhşətli qəzaya görə sürücü həbs edildi

“ASAN Radio” və İctimai TV-nin inzibati binalarına ekskursiya  
21.07.2018, 15:05

“ASAN Radio” və İctimai TV-nin inzibati binalarına ekskursiya  

Merkel Azərbaycana gələcək
21.07.2018, 14:28

Merkel Azərbaycana gələcək

Ordumuz şəhid verdi
21.07.2018, 14:05

Ordumuz şəhid verdi

ABŞ-dan Donbasla bağlı AÇIQLAMA: “Bu, referendum anlamına gəlmir”
21.07.2018, 14:03

ABŞ-dan Donbasla bağlı AÇIQLAMA: “Bu, referendum anlamına gəlmir”

Sabahın havası –  çimərliklərlə bağlı XƏBƏRDARLIQ
21.07.2018, 13:55

Sabahın havası –  çimərliklərlə bağlı XƏBƏRDARLIQ

Gəncədə mütəşəkkil qrupun fəal üzvlərindən biri də məhv edildi - FOTO
21.07.2018, 13:40

Gəncədə mütəşəkkil qrupun fəal üzvlərindən biri də məhv edildi - FOTO

Mənsimovun müavini: “Sanksiyalara görə maaş verə bilmirik...”
21.07.2018, 13:24

Mənsimovun müavini: “Sanksiyalara görə maaş verə bilmirik...”

Riyaziyyat müəllimi olmaq istəyənlərin DİQQƏTİNƏ!
21.07.2018, 13:11

Riyaziyyat müəllimi olmaq istəyənlərin DİQQƏTİNƏ!

65 mexanizatorun sürücülük vəsiqəsi dəyişdirildi
21.07.2018, 13:03

65 mexanizatorun sürücülük vəsiqəsi dəyişdirildi

Velosiped oğruları TUTULDU
21.07.2018, 12:55

Velosiped oğruları TUTULDU

“Dəniz Kuboku”na hazırlıq işləri aparılır
21.07.2018, 12:44

“Dəniz Kuboku”na hazırlıq işləri aparılır

Bakıda yeni marşrut xətləri fəaliyyətə başladı - FOTOLAR
21.07.2018, 12:15

Bakıda yeni marşrut xətləri fəaliyyətə başladı - FOTOLAR

Qolu sarıqlı şəkildə küçə süpürən qadın nazirliyin təklifindən imtina etdi
21.07.2018, 11:55

Qolu sarıqlı şəkildə küçə süpürən qadın nazirliyin təklifindən imtina etdi

“Azərenerji” Bakının işıqsız qalması ilə bağlı məlumat yaydı  
21.07.2018, 11:44

“Azərenerji” Bakının işıqsız qalması ilə bağlı məlumat yaydı  

Astara sakinindən 58 ədəd çətənə bitkisi aşkarlandı
21.07.2018, 11:13

Astara sakinindən 58 ədəd çətənə bitkisi aşkarlandı

ARXİV