Modern.az

Həsən Əliyevin 110 ilik yubileyi ilə bağlı ağacəkmə kampaniyası 

Həsən Əliyevin 110 ilik yubileyi ilə bağlı ağacəkmə kampaniyası 

Aktual

20 Noyabr 2017, 12:05

Azərbaycanda coğrafiyanın, torpaqşünaslığın, əkinçiliyin, bitkiçilik elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin, o cümlədən ekologiya və meşəçiliyin simasının müəyyənləşməsində akademik Həsən Əliyevin müstəsna xidmətləri vardır.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında”  07 fevral 2017-ci il tarixdə Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq noyabrın 18-i Salyan rayonunun Xıdırlı kəndi ərazisində ağacəkmə kampaniyası keçirilib.

 

Alimin yubileyinə həsr olunmuş tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin və onun strukturuna daxil olan Meyvəçilik və Çayçılıq, Əkinçilik, Tərəvəzçilik, Baytarlıq, Üzümçülük və Şərabçılıq elmi- tədqiqat institutlarının və Salyan Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin əməkdaşları  iştirak etmişlər.

 

Tədbir çərçivəsində Salyan rayonunun Xıdırlı kəndi ərazisində püstə və badam ağaclarının tingləri əkilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü