Modern.az

Putin Azərbaycanın nazir müavinini mükafatlandırdı

Putin Azərbaycanın nazir müavinini mükafatlandırdı

Aktual

21 Noyabr 2017, 13:41

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və nazirliyin gənclər şöbəsinin müdiri  İndira Hacıyeva Vladimir Putin tərəfindən mükafatlandırılıblar.

 

Bu barədə Modern.az-a İdman və Gənclər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki,  İsmayıl İsmayılov və nazirliyin gənclər şöbəsinin müdiri İndira Hacıyeva MDB-ə üzv ölkələr arasında gənclər və idman sahələrində əməkdaşlığın daha sıx şəkildə qurulması və inkişaf etdirilməsi istiqamətində apardıqları aktiv fəaliyyətə görə Rusiya Prezidenti Vladimir Putin tərəfindən xüsusi diplomlarla təltif olunublar.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!