Modern.az

Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri müzakirə edildi

Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri müzakirə edildi

7 May 2024, 20:19

Brüsseldə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonrakı normallaşma prosesində regional dinamika müzakirə edilib.

 

Modern.az xəbər verir ki, bu barədə NATO Baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina paylaşımında bildirib.

 

"NATO-nun Brüsseldəki mənzil qərargahında Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ilə görüşdük. NATO-Ermənistan ikitərəfli əməkdaşlığının gücləndirilməsi yolları və xüsusilə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonrakı normallaşma prosesində regional dinamika müzakirə etdik", - paylaşımda deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi