Modern.az

Şeyxin müavini: “Camaat artıq başa düşür ki, yasda təmtəraq lazımsızdır”  

Şeyxin müavini: “Camaat artıq başa düşür ki, yasda təmtəraq lazımsızdır”   

Aktual

21 Noyabr 2017, 13:48

Azərbaycanlılar yas mərasimlərinə həmişə özünəməxsus tərzdə yanaşıb. Hətta bəzi bölgələrdə bununla bağlı müəyyən adət-ənənələr mövcuddur. Məhz bundan irəli gələrək  dünyadan köçən yaxınlarının xatirəsini əziz tutmaq üçün dəbdəbəli "yas" mərasimləri təşkil olunur, masalara cürbəcür  təamlar düzülürdü. Bəziləri hətta borca düşsə belə, məclisinin yüksək səviyyədə keçməsi ücün əlindən gələni əsirgəmirdi.  Halbuki, bütün bunların bir zərrəsi belə, dünyadan köçənə yetmir. Çünki çəkilən zəhmət və xərcə baxmayaraq, işin mahiyyətində savab yoxdur.

Lakin son zamanlar  yas mərasimləri öz formasını dəyişib. Artıq bölgələrdə  çox az hallarda təmtəraqlı yas mərasimləri ilə qarşılaşmaq olar.

Ötən həftə yas mərasimləri ilə bağlı  Modern.az saytına danışan müxtəlif bölgə imamları da bu faktı təsdiqləyiblər. Onlar bildirirlər ki, hazırda demək olar ki, əksər bölgələrdəki yas mərasimlərində yemək verilmir. Yalnız  dəfn günündə halva və yuxa təklif edilir, çay mərasimi olur.


Qafqaz Müsəlmanları İdarəsinin sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı Modern.az-a
bildirib ki,insanların dəbdəbəli yas mərasimlərindən uzaqlaşmasının  əsasən iki səbəbi var:


“İlk növbədə yas mərasimlərinin sadə keçirilməsi həm maddi, həm də mənəvi baxımdan insanlara sərf edir. Həqiqətən də çox adamlar sırf şan-şöhrət üçün yas mərasimlərini dəbdəbəli keçirirdi. Amma camaat  artıq başa düşür ki, bu cür təmtəraq lazımsızdır.


Digər tərəfdən təbii ki, Qafqaz Müsəlmanlar İdarəsinin gördüyü işlər də  var. Biz bununla bağlı tədbirləri bir dəfə keçirmirik. Mütəmadi olaraq bölgələrdə maarifləndirmə işləri aparılır. O cümlədən məclislərdə imamlar, qazilər də  yas mərasimləri ilə bağlı tədbirlər görür, insanları məlumatlandırır”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır