Modern.az

“Ulduz” fabriki jurnalist övladları üçün ekskursiya təşkil edəcək

“Ulduz” fabriki jurnalist övladları üçün ekskursiya təşkil edəcək

Aktual

23 Noyabr 2017, 17:45

“Ulduz” Şokolad fabriki mətbuat nümayəndələrinin övladları üçün ekskursiya təşkil edir.         

Modern.az xəbər verir ki, ekskursiya iştirakçılarına şokoladın isethsalı və tarixi barədə hazırlanmış videoçarx nümayiş olunacaq, uşaqların istehsal sahəsinə gəzintisi təşkil ediləcək.  Gəzinti zamanı uşaqlar şokoladların hazırlanması və qablaşdırılmasını canlı izləyə biləcəklər.

Ekskursiya iştirakçılarına hazırlanan məhsullardan yerindəcə dadına baxmağa şərait yaradılacaq və onları maraqlandıran suallar cavablandırılacaq.

Xatırladaq ki, ekskursiyaya 7-15 yaş arası uşaqlar üçün nəzərdə tutulub, son qeydiyyat tarixi isə 30.11.2017-ci il tarixi müəyyən edilib. Qeydiyyat üçün Ulduz Fabrikinin rəsmi Facebook səhifəsinə müraciət edə və ya (+994) 12 514 3030 daxili 2301 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir