16 dekabr 2017, Şənbə
Ana Səhifə - GÜNDƏM - “Danış ki, səni görüm” layihəsi başladı
“Danış ki, səni görüm” layihəsi başladı +
24.11.2017, 13:36

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutan “Danış ki, səni görüm” layihəsinin açılış mərasimi olub. Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Əfsanə Şükürovanın rəhbərliyi ilə həyata keçirilən layihədə əsas məqsəd gənclərin natiqlik sənəti istiqamətində peşəkarlağının artırılması, səlis nitq bacarıqlarının inkişaf etdirilməsidir.

 

Modern.az xəbər verir ki, layihənin ana məqsədi hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən dilinin gözəl nitq ilə insanlara çatdırılması və qorunmasıdır. Açılış mərasimində “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov birliyin fəaliyyətindən, gənclərə göstərdiyi qayğıdan və qurumun gələcək layihələri barədə danışıb.

 

Daha sonra "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid tədbirin mövzüsunun əhəmiyyətindən söz açıb: "Gözəl danışmağa təməl olan faktorlardan biri şeir əzbərləməkdir. Saatlarla güzgünün qabağında durub məşq edən natiqlər olub. Əgər gənclərimiz natiq olmaq istəyirlərsə, mütləq mütaliyələr etməli, bədii ədəbiyyat oxumalıdırlar".

 

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı özünü ifadə edə bilməyin, səlist nitqin nə dərəcədə vacib olduğunu vurğulayıb: "Orta məktəbdə riyaziyyat müəllimimiz var idi. Savadlı olmasına baxmayaraq özünü ifadə edə bilmirdi. Biz onun nitqini başa düşə bilmirdik. On görə də Rəşad müəllimlə tamamilə razıyam. Gənclərimiz mütləq şəkildə folklor, bədii ədəbiyyat mütaliə etməlidir.

 

“Azadinform” İnformasiya Agentliyinin Baş redaktoru Niyaz Niftiyev çıxışı zamanı qeyd edib ki, indiki gənclərin şəraiti olduqca yaxşıdır və onlar bu imkanlardam maksimum yararlanmalıdırlar: "Xüsusən də jurnalistikanı seçənlər ilk addımlarını yazılı mediada atsalar, xarici dil biliklərinini zənginləşdirsələr daha yaxşı olar. Çünki, araşdırma jurnalistikası az-çox yazılı mediada qalıb. Gənclər həm də jurnalistikada ixtisaslaşmağa meylli olmalı, hər şeydən yazmaq kimi öhdəlik götürməməlidirlər".

N.Niftiyev özünü mətbuatda ixtisaslaşmış jurnalist hesab etdiyini və 20 illik fəaliyyəti dövründə apardığı araşdırmalar nəticəsində iki kitab ortaya qoyduğunu bildirib.

 

Çıxış edən layihə rəhbəri bildirib ki, ”Natiqlik sənətinə peşəsindən asılı olmayaraq hərkəs yiyələnməlidir. Hətta evdar qadın belə. Çünki biz mütləq şəkildə ünsiyyət qururuq insanlarla. Bu ünsiyyət bizə dəyər qazandıran bir vasitədir. Bəzən insanlar düşünür ki, diksiya sənəti təkcə televiziya və radio işçilərinə bir də dövlət məmurlarına lazımdır. Əslində bu düzgün fikir deyil. Bütün sahələrdə çalışan insanlar özlərini ifadə etmək ehtiyacı duyurlar. Həmçinin şəxsi münasibətlərdə bu çox önəmlidir. Bəzən biz haqlı olarkən haqsız vəziyyətə düşə bilirik. Çünki özümüzü düzgün ifadə edə bilmədik. Bizim səsimizin tonu, bədən dilimiz, seçmiş olduğumuz sözlər, sonda deyilməli sözün əvvəldə deyilməsi və s. kimi məsələlər ünsiyyətdə ciddi problemlər yaradır. Bəzi insanlar var ki, biz onlara dəqiqələrlə hətta saatlarla qulaq asa bilərik. Bəzi insanlar var ki, bir neçə dəqiqədən artıq onu dinləmək istəmirik. Bütün bunların başında həmin şəxsin nitq qabiliyyəti, seçmiş olduğu sözlər, danışıq tərzi dayanır”.

 

Sonda MirHəsən Seyidov gənclərə məsləhətlər verib: "Sosial şəbəkələr sonsuz imkanlar tanıyır. Bununla belə mənfi tərəfləri də xeyli çoxdur. Bu səbəbdən sosial şəbəkələrdən düzgün istifadə etmək lazımdır. Mən hər gün mətbuatı izləmədən işə başlamıram. Təəssüflər olsun ki, gənclər sosial şəbəkələrdən aldıqları xəbərlə kifayətlənirlər" Qeyd edək ki, layihə çərçivəsində, 3 gün ərzində peşəkar ekspertlər tərəfindən 100-ə yaxın gəncə təlimlər keçiriləcək, onlara natiqlik sənətinin incəlikləri öyrədiləcək, silsiləvi tədbirlər, seminarlar, təlimlər keçiriləcəkdir. Layihənin ictimaiyyətə daha yaxşı çatdırılması üçün KİV cəlb olunub, həmçinin sosial şəbəkələrdə paylaşılacaq.

 

Nəzrin Rüstəmova


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Rusiyada azərbaycanlı qardaşını güllələdi
16.12.2017, 15:03

Rusiyada azərbaycanlı qardaşını güllələdi

Rövşən Lənkəranskinin qardaşı vəzifəsindən azad edilib
16.12.2017, 15:01

Rövşən Lənkəranskinin qardaşı vəzifəsindən azad edilib

 “Şəriət yeni hökm çıxarmağa icazə vermir” - İlahiyyatçılar dini islahatları rədd edir
16.12.2017, 14:36

 “Şəriət yeni hökm çıxarmağa icazə vermir” - İlahiyyatçılar dini islahatları rədd edir

“DÇ-2018”ə  gedən milli komandalarla bağlı iddialar açıqlandı - SİYAHI
16.12.2017, 14:12

“DÇ-2018”ə  gedən milli komandalarla bağlı iddialar açıqlandı - SİYAHI

Əfqanıstanda 26 İŞİD-çi öldürüldü
16.12.2017, 14:03

Əfqanıstanda 26 İŞİD-çi öldürüldü

Murad Dadaşov “Pole çudes”də Leonid Yakuboviçə Azərbaycan nefti bağışlayıb - VİDEO   
16.12.2017, 13:58

Murad Dadaşov “Pole çudes”də Leonid Yakuboviçə Azərbaycan nefti bağışlayıb - VİDEO  

Fərasətinə, bərəkallah
16.12.2017, 13:42

Fərasətinə, bərəkallah

Piyada cərimələri artırılsınmı... - Ekspert “HƏ” deyir   
16.12.2017, 13:37

Piyada cərimələri artırılsınmı... - Ekspert “HƏ” deyir  

Polis Bakıda ölən kişinin yaxınlarını axtarır - FOTO   
16.12.2017, 13:24

Polis Bakıda ölən kişinin yaxınlarını axtarır - FOTO  

Məsud Yılmazın oğlunun meyiti tapıldı   
16.12.2017, 13:21

Məsud Yılmazın oğlunun meyiti tapıldı  

Bakıda intihara cəhd edən kişinin qarşısı alındı   
16.12.2017, 13:18

Bakıda intihara cəhd edən kişinin qarşısı alındı  

“BakuBus”un avtobusları 17 nömrəli marşrutda işə başladı
16.12.2017, 13:09

“BakuBus”un avtobusları 17 nömrəli marşrutda işə başladı

Yol polisi sürücülərə müraciət etdi
16.12.2017, 13:06

Yol polisi sürücülərə müraciət etdi

Cehiz “Karvan” xalçası
16.12.2017, 13:04

Cehiz “Karvan” xalçası

Astara sakinində 2 kq tiryək aşkarlandı
16.12.2017, 13:02

Astara sakinində 2 kq tiryək aşkarlandı

Lerikdə öz ailə üzvlərinin qızıllarını oğurlayan saxlanıldı  
16.12.2017, 12:59

Lerikdə öz ailə üzvlərinin qızıllarını oğurlayan saxlanıldı  

Azərbaycan toylarında yengəlik sıradan çıxır   
16.12.2017, 12:47

Azərbaycan toylarında yengəlik sıradan çıxır  

Qadın sürücü ağır qəza törətdi - Özü həlak oldu, qızı yaralandı  
16.12.2017, 12:19

Qadın sürücü ağır qəza törətdi - Özü həlak oldu, qızı yaralandı  

Ana-balanı maşın vurdu - 8 yaşlı uşaq öldü   
16.12.2017, 12:16

Ana-balanı maşın vurdu - 8 yaşlı uşaq öldü  

Bakıda maşınlara qənim kəsilən oğrular tutuldular
16.12.2017, 12:12

Bakıda maşınlara qənim kəsilən oğrular tutuldular

Bu il işlə təmin olunanların 33 faizi gənclər olub
16.12.2017, 12:00

Bu il işlə təmin olunanların 33 faizi gənclər olub

Sabahın hava PROQNOZU - Duman, çiskin...
16.12.2017, 11:56

Sabahın hava PROQNOZU - Duman, çiskin...

Yol qəzalarına səbəb olan heyvanların sahibləri necə cəzalandırılır...
16.12.2017, 10:21

Yol qəzalarına səbəb olan heyvanların sahibləri necə cəzalandırılır...

Alma alın, özü də yerlisindən - MƏSLƏHƏT
16.12.2017, 10:13

Alma alın, özü də yerlisindən - MƏSLƏHƏT

Leyla Əliyeva Qəbələdəki “Poeziya günü”ndə öz şeirlərini səsləndirdi - FOTOLAR
16.12.2017, 09:58

Leyla Əliyeva Qəbələdəki “Poeziya günü”ndə öz şeirlərini səsləndirdi - FOTOLAR

Məşhur rəssamların qeyri-adi XÜSUSİYYƏTLƏRİ   
16.12.2017, 09:50

Məşhur rəssamların qeyri-adi XÜSUSİYYƏTLƏRİ  

Deputata ağır itki üz verdi   
16.12.2017, 09:42

Deputata ağır itki üz verdi  

Örüş sahələri xüsusi mülkiyyətə verilə bilməz - Qanun dəyişdirilir
16.12.2017, 09:35

Örüş sahələri xüsusi mülkiyyətə verilə bilməz - Qanun dəyişdirilir

İranda yenə zəlzələ oldu   
16.12.2017, 09:25

İranda yenə zəlzələ oldu  

Ermənistan atəşkəsi 115 dəfə pozdu   
16.12.2017, 09:18

Ermənistan atəşkəsi 115 dəfə pozdu  

İndoneziyada güclü zəlzələ - Ölən və yaralananlar var - YENİLƏNİB
16.12.2017, 09:03

İndoneziyada güclü zəlzələ - Ölən və yaralananlar var - YENİLƏNİB

Cəbhə bölgəsinin gənc müəllimi: “İlk günlər atəş səsindən çox qorxdum, öz rayonumuza qayıtmaq istədim” - FOTOLAR
16.12.2017, 08:50

Cəbhə bölgəsinin gənc müəllimi: “İlk günlər atəş səsindən çox qorxdum, öz rayonumuza qayıtmaq istədim” - FOTOLAR

Suriyada İran ordusunun polkovniki öldürüldü
16.12.2017, 01:06

Suriyada İran ordusunun polkovniki öldürüldü

Azərbaycan Cümhuriyyətinin son günündən “reportaj” - Top lüləsinin hədəfində olan parlament
16.12.2017, 00:39

Azərbaycan Cümhuriyyətinin son günündən “reportaj” - Top lüləsinin hədəfində olan parlament

Yanğın bir ailəni evsiz qoydu
16.12.2017, 00:23

Yanğın bir ailəni evsiz qoydu

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.12%)
Araz Ağalarov (13.3%)
Mübariz Mənsimov (17.2%)
Fərhad Əhmədov(13.6%)
Füzuli Məmmədov(52.7%)
Telman İsmayılov (0.12%)
İsgəndər Xəlilov(0.08%)
Vaqif Məmişov(0.04%)
Heç biri(1.75%)
Digərləri(0.85%)