Modern.az

Nizami Süleymanovun qardaşı - “Azərbaycan Dəmir Yolları”nın 2-ci şəxsi - FOTO  

Nizami Süleymanovun qardaşı - “Azərbaycan Dəmir Yolları”nın 2-ci şəxsi - FOTO   

İqtisadiyyat

2 Dekabr 2017, 17:46

Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurlar arasında uzun müddətdir eyni kürsüdə əyləşənlər də var, nisbətən az staja malik olanlar da.
Nazirliklərdə, komitələrdə, digər dövlət qurumlarında ikinci şəxslər kimlərdir? Bəzi hallarda geniş səlahiyyət sahibləri olan “ikinci şəxslər” bilərəkdən kölgədə qalmağa çalışırlar. Onlar barəsində cəmiyyətdə müxtəlif fikirlər dolaşır…

Modern.az saytı “Dövlət qurumlarının ikinci şəxs”ləri rubrikasından növbəti yazını təqdim edir...  

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “ikici şəxsi” 7 ildir bu vəzifədə çalışır.

ASC sədrinin 1-ci müavini Əlirza Süleymanov 1958-ci ildə anadan olub. Ali təhsillidir. Lenin Ordenli və Qırmızı Əmək Bayrağı Ordenli Moskva Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1980-ci ildə Azərbaycan Dəmir Yolunun Bakı Lokomotiv deposunda briqadir vəzifəsində başlayıb. Daha sonra orada mühəndis işləyib.

1982-1985-ci illərdə Azərbaycan Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda usta, briqadir və böyük mühəndis vəzifəsində işləyib. 1985-1988-ci illərdə  Biləcəri Lokomotiv deposunun partiya komitəsi katibinin müavini, 1988-ci ildə   Biləcəri Dəmiryol qovşağinın partiya komitəsi katibinin müavini, 1988-1989-ci illərdə Azərbaycan Dəmir Yolunun Bakı hissəsinin Kadrlar şöbəsinin rəisi, 1989-1990-ci illərdə Bakı hissəsi rəisinin kadr və sosial məsələlər üzrə müavini, 1990-1991-ci illərdə Azərbaycan Dəmir Yolunun Bakı Vaqon deposunun rəisi olub.


Əlirza Süleymanov 1991-1993-ci illərdə Azərbaycan Dəmir Yolunun Kadrlar şöbəsi rəisinin müavini, 1993-1996-ci illərdə Azərbaycan Dəmir Yolunun Refrijerator vaqon deposunun rəisi, 1996-1997-ci illərdə Azərbaycan Dəmir Yolunun ”Sərnişindaşınma” istehsalat birliyinin rəisi - Dəmir Yolu rəisinin müavini, 1997-2010-ci illərdə Azərbaycan Dəmir Yolu rəisinin müavini vəzifəsində çalışıb.

Ölkə başçısının 22 fevral 2010-cu il tarixli 747 nömrəli sərəncamı ilə “Azərbaycan Dəmir yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini vəzifəsinə təyin edilib.

Fəxri Dəmiryolçudur. Ailəlidir, 2 övladı var.

Əlirza Süleymanovla bağlı maraqlı məqam onun mərhum akademik Nizami Süleymanovun qardaşı olmasıdır.

Xatırladaq ki, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, AMEA-nın müxbir üzvü Nizami Süleymanov 2016-cı ilin məhz bu günündə -2 dekabrda vəfat etmişdi.


Vaxtilə Müstəqil Azərbaycan Partiyası adlı siyasi təşkilat yaradan Nizami Süleymanov
2000-ci illərədək ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib. Sonralar ANS-in efirində yayımlanmış “Qulp” verilişinə şıxan mərhum akademik  maraqlı yumoru ilə yadda qalıb. 

Nizami Süleymanov 1992-ci ildə keçirilən prezident seçkilərində 34% səs toplamaqla 2-ci yerə çıxmışdı. 


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı