Modern.az

Rza Zərrabla adı hallanan azərbaycanlı bank müdiri DANIŞDI - QALMAQAL

Rza Zərrabla adı hallanan azərbaycanlı bank müdiri DANIŞDI - QALMAQAL

Aktual

7 Dekabr 2017, 13:14

Bir müddət əvvəl Nyu-Yorkda məhkəmə önünə çıxarılan Cənubi  Azərbaycan əsilli iş adamı Rza Zərrabın işində azərbaycanlıların da adı keçir. Azərbaycanlıların sayı 3 nəfərdən ibarətdir. Belə ki,  onlardan biri Vidadi Bədəlovdur ki,  adı 2013-cü ilin dekabrında Zərrabın Türkiyədə həbsindən sonra bəlli olmuşdu. Digər 2 nəfərə gəlincə, onların Əhməd Məmmədov və Şamil Məmmədov olduğu qeyd edilir.


Əhməd Məmmədov Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun (“Sığorta Mamed”kimi məşhurdur-red.) kiçik oğludur. İddialara görə, bu işdə onun adı hallanır.  Azər Türk Bank-ın Mərkəz filialının müdiri olan Əhməd Məmmədovun adının Rza Zərrab işində hallanması mətbuat səhifələrində qırmızı xətt kimi keçir.


Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun oğlu Əhməd Məmmədov özü haqqında yayılan məlumatlarla bağlı  Modern.az-a açıqlama verib.


“Birincisi, Məmmədov Əhməd Məmməd oğluyam. İkincisi, biznesmen deyiləm. Uzun müddətdir ki, bank sistemində çalışıram. Hər hansı biznes işinə malik deyiləm. Üçüncüsü, Rza Zərrab işində adı keçən Əhməd Məmmədovun mənə heç bir aidiyyatı yoxdur. Rza Zərrabla yaxından-uzaqdan heç bir əlaqəm yoxdur. Tanımıram. Dördüncüsü, Azərbaycanda Əhməd Məmmədov ad və soyadı o qədər populyardır ki, hər 3 adamda var. Ümumiyyətlə, nə şəxsi biznesim var, nə də Rza Zərrab tanıyıram”.

Mətbuatda məhz Əhməd Məmmədov adının hallanmasına gəlincə, müsahibimiz belə cavab verib:

“Dəqiq deyə bilmərəm. Ola bilsin ki, internetdə axtarış verəndə ilk mənim adım çıxır.Heç kəslə şəxsi qərəzliyim yoxdur”

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır