22 sentyabr 2018, Şənbə
Ana Səhifə - GÜNDƏM - 100  yaşlı Cümhuriyyət parlamenti - Faktların və rəqəmlərin dili ilə
100  yaşlı Cümhuriyyət parlamenti - Faktların və rəqəmlərin dili ilə
30.07.2018, 13:20

Bu il Azərbaycan Cümhuriyyətinin elan olunmasının100-cü ildönümüdür. Bu böyük tarix dövlət səviyyəsində qeyd olunur. Məlum olduğu kimi, AXC Şərq dünyasında ilk dəfə parlament quran hökumət olub. Ona görə də bu fakta ayrıca nəzər salmağa ehtiyac var.


Modern.az
 Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə həyata keçirilən layihə çərçivəsində Cümhuriyyətlə bağlı silsilə yazılarında bu dəfə məhz parlamentdən bəhs edir:


1918 il dekabrın 7-də saat 13.00-da H.Z.Tağıyevin qız-məktəbinin binasında - indiki Füzuli adına Əlyazmalar İnsitutunun yerləşdiyi məkan - Azərbaycan parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament idi. Azərbaycan Milli Şurasının 1918 il 19 noyabr tarixli qanununa əsasən, parlamentdə ölkə ərazisində yaşayan bütün xalqlar, hətta sayca çox az olduqlarına görə parlament seçkilərində iştirak etmək hüququ olmayan xalqlar da təmsil olundular. Cümhuriyyət parlamentində yerlər aşağıdakı kimi bölüşdürüldü:
türk-müsəlman əhali - 80, ermənilər -21, ruslar - 10, almanlar - 1, yəhudilər-1, gürcülər- 1, polyaklar- 1, Bakı həmkarlar ittifaqları - 3, Bakı Neft Senayeçiləri Şurası və Ticarət-Sənaye İttifaqı – 2 nəfər.


Cümhuriyyət xadimlərinin, sülhsevər Azərbaycan xalqının özünün ilk parlamentində ermənilərə 21, ruslara isə 10 yer ayırmasına baxmayaraq, onlar MilliŞuranın açılışında iştirak etmədilər.

Parlamentin açılışında öncə Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söylədi. “Müsavat” fraksiyasının təklifi ilə bu zaman səfərdə olan Əlimərdan bəy Topçubaşov qiyabi olaraq parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi.
Rəhim bəy Əlağa oğlu Vəkilov parlamentin katibi təsdiq olundu. Ə.Topçubaşov Azərbaycanda olmadığı üçün parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasında Fətəli xan Xoyski Hökumətinin istefası qəbul edildi və yeni Hökumətin təşkil olunması qərara alındı.  

Bu barədə bir az ətraflı danışaq:


Fətəli xan Xoyski 1918-ci ilin 7 dekabrında - parlamentin açıldığı tarixdə qanunverici orqanın ilk iclasındakı çıxışında Azərbaycan Hökumətinin bir neçə aylıq fəaliyyəti barədə hesabat verdikdən sonra istefası haqqında bəyanatı da təqdim etdi. Bu, artıq Xoyski şəxsiyyətinin böyüklüyü demək idi:


“Fəaliyyətimizdə xətalar işləmişiksə də, hər zaman fikrimiz bu olmuşdur: Hökumət çalışmışdır ki, öz nüfuzunu millətin gözündə itirməsin. Biz xahiş edirik ki, nöqsanlarımızı göstərəsiniz, tənqidə ixtiyarınız var və tənqid xeyirli şeydir. Parlamentin əsas vəzifəsi də yol göstərməkdir. Hər nazir öz nəzarətləri barəsində bəyanat verəcəkdir. Hökumətin ixtiyarı bu günə qədər idi. Şimdi isə siz yığıldınız. Hökumət başında parlamentin etimadına müzəhhər və parlamentə istinad edən bir kabinə olmalıdır. Heç bir hökumət parlament açıldıqdan sonra iş başında qalamaz. Ona görə də mən bütün yoldaşlarım tərəfindən xəbər verirəm: hökumət hüzurunuzda istefasını verir”.

 

Elə ilk icasdan və fraksiyaların sayından görünür ki, parlament ifrat demokratizmə meyl edib. Bu addım parlamentin sonrakı işində bir çox maneələrə səbəb oldu. Azərbaycan Cümhuriyyəti Ensiklopediyasının birinci cildindən oxuyuruq:


“Ölkədə ali hakimiyyəti öz əlində cəmləşdirən və sayı 100 nəfərə çatmayan parlamentdə 11 fraksiya və qrupun fəaliyyət göstərməsi də olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə müstəqil dövlət quruculuğuna ciddi əngəl törədirdi. Ayrı - ayrı fraksiya və qruplar bir çox hallarda özlərinin məhdud fraksiya və qrup mənafələrini ümummilli mənafədən üstün tuturdular. Məsələn, parlamentin sosialist bloku “yoxsulların mənafeyini müdafiə etmək” pərdəsi altında, müntəzəm olaraq, Azərbaycanın Sovet Rusiyasına birləşdirilməsini təbliğ edir, Sovet Rusiyasında diplomatik nümayəndəlik açılması barədə qərar qəbul edilməsinə nail olmuş, nəhayət, Qırmızı Ordunun ölkəyə müdaxiləsinə tərəfdar çıxmışdı ki, bu da, mahiyyətcə, Azərbaycan Xalq Cümhuriyyətinə qarşı pozuculuq işi aparmaqdan başqa bir şey deyildi. Digər tərəfdən, fraksiyalararası mübarizə nəticəsində aqrar məsələ haqqında qanun layihəsinin iclasdan-iclasa ötürülməsi və nəticə etibarilə qəbul olunmaması da Azərbaycan Xalq Cümhuriyyətinin xalq içərisində nüfuzunu itirməsində və süqutunda az rol oynamadı”.

 


Bununla belə, Azərbaycan Cümhuriyyətinin parlamenti 17 aylıq aramsız və gərgin fəaliyyəti ərzində həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoydu.

Azərbaycan  Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: birinci dövr -1918 il mayın 27-dən noyabrın 19-dək davam edib. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk deputatdan ibarət olan ilk Azərbaycan parlamenti çox mühüm tarixi qərarlar qəbul etdi:

“İlk parlament 1918 il mayın 28-də Azərbaycanın müstəqilliyini elan edib, ölkənin idarə olunmasını öz üzərinə götürüb və tarixi İstiqlal bəyannaməsini qəbul edib. Azərbaycan Milli Şurasının o zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə - Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal bəyannaməsi Azərbaycanın demokratiya və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır. Milli Şura dövründə Azərbaycan parlamentinin təsis toplantısı ilə birlikdə cəmi 10 iclası keçirildi. İlk iclas 1918 il mayın 27-də Tiflisdə, son iclas — 1918 il noyabrın 19-da Bakıda baş tutdu. Mayın 27-də Azərbaycan Milli Şurası təsis olundu, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağırmaq şərti ilə, bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti Hökumətə verdi. Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etdi. Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin - geniş tərkibli Azərbaycan parlamentinin çağırılması haqqında qanun qəbul etdi və özfəaliyyətini dayandırdı”. (həmin mənbədən)

 

Beləliklə, Azərbaycan parlamenti öz fəaliyyətinin bu dövründə, daha doğrusu, Milli Şura dövriində Tiflisdə, Gəncədə və Bakıda fəaliyyət göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində ikinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920 il aprelin 27-dək - cəmi 17 ay davam etdi. Bu dövrdə parlamentin cəmi 145 iclası baş tutdu.


Bu iclaslarda parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarıldı.  Onlardan 230-a yaxını qəbul olundu:

“Qanunlar qızğın və işgüza fikir mübadiləsi şəraitində müzakirə olunur, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul edilirdi. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 11 komissiyası vardı. Parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə - “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” əsasında idarə olunurdu.

Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətinə belə qiymət verirdi:

"Millət Məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə - vəzifə yox idi. Parlament hakimimütləq idi” (Mənbə: Azərbaycan Cümhuriyyəti parlamentinin stenoqramları).

 

Parlamentdə aşağıdakı fraksiyalar vardı:

“Müsavat” və bitərəflər fraksiyasi,  “İttihad” fraksiyası, “Əhrar” fraksiyası, Sosialistlər fraksiyası, Bitərəflər fraksiyası, Müstəqillər fraksiyası, Sol müstəqillər fraksiyası, “Slavyan-rus cəmiyyəti” fraksiyası, Milli azlıqlar fraksiyası, erməni fraksiyası, “Daşnaksutyun” fraksiyası

 

Həmçinin, parlamentdə 11 komissiya fəaliyyət göstərirdi: - maliyyə-büdcə komissiyası, qanunvericilik təklifləri komissiyası, Müəssislər məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat komissiyası, hərbi işlər üzrə komissiya, aqrar məsələlər üzrə komissiya, sorğular üzrə komissiya, təsərrüfat sərəncamverici məsələlər üzrə komissiya, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət komissiyası, fəhlə məsələləri üzrə komissiya və nəşriyyat-redaksiya komissiyası.

Qeyd: Həm fraksiyalar, həm də komissiyalarla bağlı mənbə: Azərbaycanın Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar).

Yazıda həmçinin Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının I və II cildlərindən, “Fətəli Xan Xoyski” monoqrafiyasından istifadə edilib.


Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb. 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyə ordusu bir həftədə  56 terrorçu zərərsizləşdirdi
22.09.2018, 00:04

Türkiyə ordusu bir həftədə  56 terrorçu zərərsizləşdirdi

Sumqayıtda kişi özünü damdan atmaq istədi, amma ...
21.09.2018, 23:51

Sumqayıtda kişi özünü damdan atmaq istədi, amma ...

Jirinovski terrorçuları maliyyələşdirməkdə ittiham olunur
21.09.2018, 23:39

Jirinovski terrorçuları maliyyələşdirməkdə ittiham olunur

Xanımlar Putinə belə mane oldu - VİDEO
21.09.2018, 23:23

Xanımlar Putinə belə mane oldu - VİDEO

Şəmkirdə 18 yaşlı qız intihar etdi
21.09.2018, 23:11

Şəmkirdə 18 yaşlı qız intihar etdi

Şeyx Azərbaycan-Küveyt mənəvi əlaqələrini müzakirə etdi
21.09.2018, 22:57

Şeyx Azərbaycan-Küveyt mənəvi əlaqələrini müzakirə etdi

Bərə qəzasında ölənlərin sayı 136-ya çatdı: 4 günlük matəm
21.09.2018, 22:42

Bərə qəzasında ölənlərin sayı 136-ya çatdı: 4 günlük matəm

Azərbaycanda əməliyyat edilən xəstələrin sayı 3 dəfəyədək artıb
21.09.2018, 22:23

Azərbaycanda əməliyyat edilən xəstələrin sayı 3 dəfəyədək artıb

Nazir azərbaycanlı abituriyentlərin problemini nəzarətə götürdü
21.09.2018, 22:07

Nazir azərbaycanlı abituriyentlərin problemini nəzarətə götürdü

Türkiyə Almaniya ilə münasibətləri normallaşdırır
21.09.2018, 21:46

Türkiyə Almaniya ilə münasibətləri normallaşdırır

Qurban Qurbanov FİFA-nın tədbirindən imtina etdi
21.09.2018, 21:23

Qurban Qurbanov FİFA-nın tədbirindən imtina etdi

Göylər kəndində yeni tibb məntəqəsi açıldı
21.09.2018, 21:09

Göylər kəndində yeni tibb məntəqəsi açıldı

Qubada taxta sexinin sahibi cərimələndi
21.09.2018, 20:57

Qubada taxta sexinin sahibi cərimələndi

Bakıda Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin Forumu keçiriləcək
21.09.2018, 20:43

Bakıda Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin Forumu keçiriləcək

Bakıda NATO təlimləri - FOTOLAR
21.09.2018, 20:30

Bakıda NATO təlimləri - FOTOLAR

Ədliyyə naziri Ağstafada vətəndaşların şikayətlərini dinlədi
21.09.2018, 20:16

Ədliyyə naziri Ağstafada vətəndaşların şikayətlərini dinlədi

Liviyadakı toqquşmalarda 11 dinc sakin öldürüldü   
21.09.2018, 20:04

Liviyadakı toqquşmalarda 11 dinc sakin öldürüldü  

III Avropa Oyunlarına ev sahibliyi üçün namizədlərin qəbuluna start verilib
21.09.2018, 19:57

III Avropa Oyunlarına ev sahibliyi üçün namizədlərin qəbuluna start verilib

“Anadroid”də səhv tapanlara 3 milyon dollardan çox mükafat verilib
21.09.2018, 19:45

“Anadroid”də səhv tapanlara 3 milyon dollardan çox mükafat verilib

Bakıda daha bir ilk: bacı-qardaş dünya çempionu oldu
21.09.2018, 19:35

Bakıda daha bir ilk: bacı-qardaş dünya çempionu oldu

Avropa Liqasında ilk turun ən yaxşıları  - Foto
21.09.2018, 19:24

Avropa Liqasında ilk turun ən yaxşıları - Foto

Mərkəzi Bank dolların məzənnəsi barədə
21.09.2018, 19:14

Mərkəzi Bank dolların məzənnəsi barədə

Rihanna Barbadosun səfiri oldu
21.09.2018, 19:04

Rihanna Barbadosun səfiri oldu

Türkiyə prezidenti ABŞ-a gedir
21.09.2018, 18:53

Türkiyə prezidenti ABŞ-a gedir

Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər - HESABAT
21.09.2018, 18:42

Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər - HESABAT

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ
21.09.2018, 18:33

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ

Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı qərarını açıqlayıb
21.09.2018, 18:22

Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı qərarını açıqlayıb

Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi müəyyənləşib
21.09.2018, 18:13

Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi müəyyənləşib

UNEC-in rektoru prezident təqaüdçüləri ilə görüşüb - FOTO
21.09.2018, 18:01

UNEC-in rektoru prezident təqaüdçüləri ilə görüşüb - FOTO

Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlandı   
21.09.2018, 17:53

Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlandı  

Ərdoğan Putinlə görüşdə öz istəklərinə nail olub
21.09.2018, 17:45

Ərdoğan Putinlə görüşdə öz istəklərinə nail olub

Bərə qəzasında ölənlərin sayı 114-ə çatdı - YENİLƏNİB
21.09.2018, 17:33

Bərə qəzasında ölənlərin sayı 114-ə çatdı - YENİLƏNİB

Prezident: “Bunun axırı onlar üçün çox pis olacaq”   
21.09.2018, 17:30

Prezident: “Bunun axırı onlar üçün çox pis olacaq”   

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
21.09.2018, 17:23

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

Qanunsuz ov edən saxlanıldı 
21.09.2018, 17:20

Qanunsuz ov edən saxlanıldı 

ARXİV