27 aprel 2018, Cümə
Ana Səhifə - CƏMİYYƏT - “Atam və anam uşaq istehsalını dayandırıblar” – PELEnin HƏYAT OYUNLARI
“Atam və anam uşaq istehsalını dayandırıblar” – PELEnin HƏYAT OYUNLARI
09.12.2017, 20:16

10 dekabr hələ ki, qeyri-rəsmi olsa da bir çox ölkələrdə Dünya Futbol Günü kimi qeyd olunur. Bu münasibətlə turnirlər keçirilir, futbolla bağlı müxtəlif maraqlı tədbirlər təşkil edilir.

 

Sözsüz ki, futboldan söhbət düşəndə ilk növbədə göz önünə milyonların kumirinə çevrilən, yaşıl müydançalarda futbolun tarixini yazan futbolçular gəlir. Və təbii ki, onlardan biri, bəlkə də elə birincisi “Futbol kralı” titulunu qazanmış Peledir.

 

Modern.az saytı əfsanəvi futbolçu haqqında yazını təqdim edir. 

 

Onun əsl adı Edsondur. Edson Arantes do Nasimento. Bu əfsanəvi futbolçunu dünyanın hər yerində tanıyırlar. Hələ 1970-ci ildə sosioloqların apardığı sorğunun nəticələrinə görə hər 100 nəfərdən 95-i Peleni tanıyır. Çox yəqin ki, dünyanın tanınmış siyasətçiləri və dövlət xadimləri öz populyarlıqlarına görə, bu göstəricilərə nail ola bilməzlər. Amerika Birləşmiş Ştatlarının 40-cı prezidenti də məşhur futbolçunun populyarlığını Pele ilə ilk görüşündə belə etiraf edib:

 

- Mən Ronald Reyqanam, Amerika Birləşmiş Ştatlarının prezidenti. Sizin isə təqdimata ehtiyacınız yoxdur. Bütün dünya bilir ki, Pele kimdir.

 

Pele çox kasıb bir ailədə dünyaya göz açıb. Atası əyalət komandasında çox da tanınmayan futbolçu olub. Buna baxmayaraq, balaca Edson həmyaşıdlarının yanında futbolçu oğlu olmağı ilə fəxr edib və ona elə gəlib ki, atası güclü oyunçudur.

 

Uşaqlıqdan təyyarəçi olmaq arzusu ilə yaşayan Pele valideynlərinə maddi cəhətdən kömək etmək üçün çəkməçi emalatxanasında işləyib.

 

 

Həyətdə futbol oynamağı sevən balaca Edson dəfələrlə topla evin pəncərələrini sındırıb və anası həmişə buna görə Peleni danlayıb, hətta kötəkləyib də. Sonralar bunu xoş xatirələr kimi yada salan Pele var-dövlət sahibi olanda anasına son dərəcə dəbdəbəli villa alıb.

 

İlk dəfə uşaq futbol turnirində Pele iştirak edə bilməyib. Pulsuzluqdan valideynləri ona butsi ala bilməyiblər.

 

Edsonu uşaqlıqdan Pele çağırıblar. Bu ləqəbin ona necə verilməsini futbolçu özü də xatırlamır.

 

1958-ci ildə artıq “Santos” komandasında oynayan Pele məzuniyyət zamanı valideynlərinin evində olarkən Braziliya yığmasının tərkibində dünya çempionatında iştirak edəcəyini radiodan eşidib.

 

Dövlət başçılarının Peleyə qarşı böyük maraqları olub. Onların bir çoxu “Futbol kralı” ilə şəkil çəkdirməkdən zövq alıblar. İran şahı isə xüsusilə Pelenin azarkeşi olub. O, Peleni qarşılamaq üçün üç saat hava limanında böyük həvəslə futbolçunu gözləyib.

 

1967-70-ci illərdə Nigeriyada vətəndaş müharibəsi zamanı qarşı tərəflər iki günlük barışıq və sülh elan ediblər. Ölkənin gərgin vəziyyətində nigeriyalılar Pelenin də oynadığı futbol matçına baxmağı daha vacib sayıblar.

 

Kolumbiyada “Santos”la yerli komandanın oyunu zamanı hakim Peleyə qırmızı kart göstərərək futmol meydançasından uzaqlaşdırıb. Bunula razılaşmayan azarkeşlər meydançaya tökülüb hakimi qovublar. Əvəzləyici hakim oyunu davam etdirməyə başlayan kimi Peleni yenidən oyuna dəvət edib.

 

Əfsanəvi futbolçunun vurduğu 1000-ci qolun şərəfinə Braziliyada 1 milyon tirajla üzərində Pelenin əksi olan marka buraxılıb.

 

1970-ci ildə menecerinin Peleni aldatması futbolçunu çətin maddi duruma salıb. Buna görə də Pele Nyu-Yorkun “Kosmos” komandası ilə müqavilə bağlayıb.

Pelenin 1000-ci qolu vurduğu top hərracda 22400 dollara satılıb.

 

“Futbol kralı”nın şərəfinə 100-dən artıq mahnı bəstələnib.

 

1 metr 73 sm uzunluğunda olan Pele 2 metr hündürlüyə tullanmağı bacarıb.

 

Əfsanəvi futbolçu üç dəfə dünya çempionu titulunu qazanıb.

 

 

Jurnalistlər “Futbol kralı”na, ikinci Pele dünyaya gələcəkmi sualını verəndə, o çox sadə bir cavab verib:

- Mənim atam və anam uşaq istehsalını dayandırıblar.

 

Dünya çempionatlarının birində fotojurnalistin çəkdiyi şəkildə Pelenin butsisindəki “Puma” şirkətinin adı qəzetlərdə aydın görünüb. Bu görüntüdən sonra şirkətin idman məhsullarının satışı kəskin dərəcədə artıb.

 

1990-cı ilin ortalarından Pele Braziliyanın gənclər, idman və turizm naziri vəzifəsində işləyib.

 

Beynəlxalq Olimpiya Komitəsi Peleni əsrin idmançısı, FİFA isə əsrin futbolçusu adlandırıb.

 

Bir çox titullara sahib olan Pele üçün ən yüksək mükafat Braziliyanın təhsil nazirliyinin ona verdiyi fəxri fərman olub. Onun haqqında “Mən Peleyəm” kitabı işıq üzü görəndən sonra, hətta hərfləri tanımayan minlərlə braziliyalılar bu kitabı oxumaq üçün əlifbanı öyrəniblər. Təhsil Nazirliyi də bunu xalqın maariflənməsi sahəsində böyük uğur kimi qiymətləndirib.

 

Bununla yanaşı Braziliyada Pele haqqında “1283” adlı kitab nəşr olunub. Kitabın adı futboışunun vurduğu qolların sayına görə belə qoyulub. “1283” kitabının çəkisi 15 kq-dır. 500 səhifədən ibarət olan kitabda 500 fotoşəkil və Pelenin karyerası haqqında 1283 məqalə yer alıb.

 

Əfsanəvi futbolçu özünü aktyor kimi kino sahəsində də sınayıb, o, 1981-ci ildə “Qələbə” filminə çəkilib. Filmdə Pelenin tərəf müqabili Silvester Stalonin olub.

 

Pelenin adı bir çox ticarət markalarında istifadə olunaraq uğur qazanıb.

 

77 yaşlı Pele hazırda biznes fəaliyyəti ilə məşğuldur. O həmçinin mannı bəstələyir və müəllifi olduğu mahnıları özü ifa edir.

 

“Həyatda heç bir uğur təsadüfən qazanılmır. Uğur qazanmaq üçün gərgin işləmək və əziyyət çəkmək lazımdır” deyən Pele fəth etdiyi zirvələrə, məhz çəkdiyi zəhmət hesabına çatıb.

 


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
AvroLiqada yarımfinal – Bir qələbə, bir heç-heçə    
27.04.2018, 08:43

AvroLiqada yarımfinal – Bir qələbə, bir heç-heçə  

Bu gün Bakıda Formula 1 Qran-Prisi başlayır
27.04.2018, 08:40

Bu gün Bakıda Formula 1 Qran-Prisi başlayır

Manatın bugünkü MƏZƏNNƏSİ 
27.04.2018, 08:39

Manatın bugünkü MƏZƏNNƏSİ 

Azərbaycanla sərhəddə xüsusi əməliyyat - 11 İŞİD-çi öldürüldü
27.04.2018, 00:07

Azərbaycanla sərhəddə xüsusi əməliyyat - 11 İŞİD-çi öldürüldü

Azərbaycan neftinin SON QİYMƏTİ
27.04.2018, 00:03

Azərbaycan neftinin SON QİYMƏTİ

Tarixi görüş sabah baş tutacaq   
26.04.2018, 23:58

Tarixi görüş sabah baş tutacaq  

Bakıda bağçada insident: Uşaq döyülüb, yoxsa yıxılıb  
26.04.2018, 23:53

Bakıda bağçada insident: Uşaq döyülüb, yoxsa yıxılıb  

 Ahıllar üçün alternativ “Facebook” yaradıldı
26.04.2018, 23:51

 Ahıllar üçün alternativ “Facebook” yaradıldı

Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb
26.04.2018, 23:48

Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb

Maarifçilik ideyalarına görə güllələnən Cümhuriyyət  alimi və əlifba “inqilabçısı” - ARAŞDIRMA
26.04.2018, 23:26

Maarifçilik ideyalarına görə güllələnən Cümhuriyyət  alimi və əlifba “inqilabçısı” - ARAŞDIRMA

Olimpiada çempionları yetişdirən ucqar kənd müəllimi - LAYİHƏ
26.04.2018, 23:07

Olimpiada çempionları yetişdirən ucqar kənd müəllimi - LAYİHƏ

Sabunçuda yaşayış binasında yanğın - 15 nəfər təxliyə edildi
26.04.2018, 22:35

Sabunçuda yaşayış binasında yanğın - 15 nəfər təxliyə edildi

"Beşiktaş" yarım qalan oyuna çıxmaqdan İMTİNA ETDİ
26.04.2018, 22:29

"Beşiktaş" yarım qalan oyuna çıxmaqdan İMTİNA ETDİ

Çernobıl əlillərinin təqaüdü 181,5  manata çatdırıldı
26.04.2018, 21:51

Çernobıl əlillərinin təqaüdü 181,5  manata çatdırıldı

“Mən seçilməsəm, heç kim seçilməyəcək” - PAŞİNYAN
26.04.2018, 21:40

“Mən seçilməsəm, heç kim seçilməyəcək” - PAŞİNYAN

 ABŞ-ın dövlət katibi oldu - Pompeo
26.04.2018, 21:37

 ABŞ-ın dövlət katibi oldu - Pompeo

Dünyanın ən təhlükəli saytlarından biri bağlandı
26.04.2018, 21:27

Dünyanın ən təhlükəli saytlarından biri bağlandı

Putin Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə etdi
26.04.2018, 21:20

Putin Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə etdi

Güləşçimiz erməni rəqiblərini məğlub edib çempion oldu
26.04.2018, 21:12

Güləşçimiz erməni rəqiblərini məğlub edib çempion oldu

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib 
26.04.2018, 21:06

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib 

SOCAR-la BP arasında yeni  saziş imzalandı
26.04.2018, 20:56

SOCAR-la BP arasında yeni  saziş imzalandı

Metroda sərnişinlər üçün YENİLİK - Yemək satılacaq
26.04.2018, 20:38

Metroda sərnişinlər üçün YENİLİK - Yemək satılacaq

İlham Əliyev Böyük Britaniya Baş naziri ilə  görüşdü
26.04.2018, 20:38

İlham Əliyev Böyük Britaniya Baş naziri ilə  görüşdü

Rusiya XİN:
26.04.2018, 18:55

Rusiya XİN: "Ümid edirik ki, danışıqlar bəpra olunacaq"

İnam Kərimov nazirliyin tabeliyində olan müəssisələrlə tanış olub-FOTO
26.04.2018, 18:46

İnam Kərimov nazirliyin tabeliyində olan müəssisələrlə tanış olub-FOTO

Sabah Bakının 2 rayonunda qaz olmayacaq
26.04.2018, 18:40

Sabah Bakının 2 rayonunda qaz olmayacaq

“Qaçqınkom”un sədri Dünya Bankının nümayəndələrini qəbul edib
26.04.2018, 18:34

“Qaçqınkom”un sədri Dünya Bankının nümayəndələrini qəbul edib

Ölü dənizdə 10 nəfər itkin düşdü
26.04.2018, 18:29

Ölü dənizdə 10 nəfər itkin düşdü

DİN-də geniş əməliyyat müşavirəsi keçirilib
26.04.2018, 18:17

DİN-də geniş əməliyyat müşavirəsi keçirilib

Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
26.04.2018, 18:08

Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya

Mətbuat Şurası Zakir Fəxrinin 70 illiyinə toplandı   
26.04.2018, 17:56

Mətbuat Şurası Zakir Fəxrinin 70 illiyinə toplandı  

Böyük Britaniya səfirliyi Formula 1 ərəfəsində Bakıda tədbirlər keçirəcək
26.04.2018, 17:48

Böyük Britaniya səfirliyi Formula 1 ərəfəsində Bakıda tədbirlər keçirəcək

Hüseyn Abdullayevin həbsi barədə rəsmi məlumat yayıldı - Əlavə ittiham irəli sürüldü  
26.04.2018, 17:46

Hüseyn Abdullayevin həbsi barədə rəsmi məlumat yayıldı - Əlavə ittiham irəli sürüldü  

Tramp Rusiyadan DANIŞDI: “Putindən də soruşa bilərsiniz”
26.04.2018, 17:43

Tramp Rusiyadan DANIŞDI: “Putindən də soruşa bilərsiniz”

Akademiyada doktorantura və dissertanturaya qəbul planı müzakirə olundu   
26.04.2018, 17:40

Akademiyada doktorantura və dissertanturaya qəbul planı müzakirə olundu  

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(4.90%)
İmtahan qiymətləri normalıdr(3.92%)
İmtahan qiymətləri aşağıdır(1.96%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(70.5%)
İmtahan qiymətləri azaldılmalıdır(4.90%)
İmtahan qiymətləri artırılmalıdır(13.7%)