Modern.az

Ərdoğan dünyanı Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı

Ərdoğan dünyanı Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı

Dünya

13 Dekabr 2017, 13:01

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsraili terrorçu dövlət adlandırıb.

 

Modern.az Türkiyə KİV-nə Istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən toplantısında çıxış edən Türkiyə prezideti Qüdsü Fələstin dövlətinin paytaxtı elan olunmasını da təklif edib.

Onun sözlərinə görə, Qüdsün tarixi və hüquqi statusuna təcavüz edilib. Ərdoğan ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımağını pisləyərək, bu qərarın hüquqi qüvvəsi olmadığını, onun sülh istəyən fələstinlilərin cəzalandırılması demək olduğunu vurğulayıb.

"Mən hamını Qüdsü Fələstin dövlətinin işğal altında olan paytaxtı olaraq tanımağa dəvət edirəm", -deyə Rəcəb Tayyip Ərdoğan dünyaya səsələnib.

Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı işə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev də Ərdoğanın dəvəti ilə Zirvə toplantısında iştirak edir.

“Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısına 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır