Modern.az

Fədayə Laçınla bağlı apellyasiya şikayəti veriləcək

Fədayə Laçınla bağlı apellyasiya şikayəti veriləcək

Aktual

13 Dekabr 2017, 15:10

Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Məmmədovanın (Laçın) ev dustaqlığına buraxılmaması ilə bağlı apellyasiya şikayəti veriləcək.


Bu barədə Modern.az-a onun hüquqlarını müdafiə edən vəkil Türkel Süleymanlı məlumat verib.


Vəkil şikayətin 3 gün ərzində veriləcəyini açıqlayıb.


Qeyd edək ki, dekabrın 13-də Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən məhkəmədə F.Məmmədovanın ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Onun vəsatəti təmin edilməyib.

 

Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Ə.Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E.Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

 

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri F.Laçındır. F.Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində də həbs qətimkan tədbiri seçilib.

 

Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır