Modern.az

Avropa Parlamentindən Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü ilə bağlı qətnamə

Avropa Parlamentindən Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü ilə bağlı qətnamə

Aktual

13 Dekabr 2017, 20:27

Avropa Parlamenti "Avropa İttifaqının xarici siyasət və təhlükəsizliklə bağlı qətnaməni" qəbul edib. Modern.az "Trend"ə istinadən xəbər verir ki, sənəd Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləməyə dair öhdəliklərinə sadiq olduğunu ilk dəfə təsdiqləyir.

 

Qətnamə böyük səs çoxluğu ilə qəbul edilib (408 lehinə, 132 əleyhinə).

 

Bu sənəd Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyü ilə bağlı münaqişələrə Avropa İttifaqının münasibətinə dair prinsipial əhəmiyyətə malikdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır