Modern.az

Azərbaycanda 237 nəfər sirkədən zəhərlənib, 5 nəfəri qaraqurd öldürüb

Azərbaycanda 237 nəfər sirkədən zəhərlənib, 5 nəfəri qaraqurd öldürüb

15 Dekabr 2017, 14:19

Bu il Azərbaycanda 237 nəfər sirkə turşusundan zəhərlənib.

Modern.az xəbər verir ki, bunu Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

A.Maqsudov bildirib ki, bu il Kliniki Tibbi Mərkəzdə sirkə turşusundan zəhərlənən şəxslərdən bir nəfər ölüb:

"Ötən il il müqayisədə sirkə turşusundan zəhərlənərək ölənlərin sayında azalma var. 2016-cı ildə bu diaqnozla xəstəxanaya 254 nəfər daxil olub. Onlardan 3 nəfər ölüb"

Onun szlərinə görə, ötən illə müqayisədə Azərbaycanda ilan sancmalarının sayı artıb:

“Ötən ildən fərqli olaraq bu il 104 nəfər ilan sancması ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Ötən il isə bu göstəricilər 90 nəfər olub. Müraciət edənlər arasında ölüm halları yaşanmayıb, təəssüf ki artım müşahidə edilib. Bu il qaraqurd sancmasından 5 nəfər ölüb”. 

 A.Maqsudov qeyd edib ki, ötən illə müqayisdə hörümçəyin növlərindən biri olan qaraqurd sancmasından qeydə alınan ölüm halları azalıb: 

"2016-cı il üçün hörümçək sancmasından 10 nəfər ölmüşdüsə, bu il bu diaqnozdan ölənlərin sayı 5 nəfərə qədər azalıb. Ölənlərin orta yaşlı insanlar olduğu müşahidə edilir".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi