Modern.az

Türkiyə Şərqi Qüdsdə səfirlik açır

Türkiyə Şərqi Qüdsdə səfirlik açır

Dünya

17 Dekabr 2017, 20:47

Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Karaman əyalətində hakim Ədalət və İnkişaf Partiyası üzvlərinin toplantısında çıxışı zamanı bildirib.

 

Prezident Vaşinqtonun öz səfirliyini Tel-Əvivdən Qüdsə köçürmək barədə qərarına cavab olaraq, respublikanın Şərqi Qüdsdə öz səfirliyini açmaq niyyətində olduğunu bəyan edib.

 

Ərdoğan qeyd edib ki, Şərqi Qüdsü artıq Fələstin Dövlətinin paytaxtı elan ediblər: “Bizim öz səfirliyimizi açmaq fürsətimiz olmayıb, çünki Qüds hazırda işğal altındadır. İndi ölkəmiz Fələstində səfirin rəhbərlik etdiyi baş konsulluq səviyyəsində təmsil olunur. Biz faktiki olaraq bu vəzifəni icra etmişik. Yaxın günlərdə isə səfirliyimizi də açacağıq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı