Modern.az

İsrail Türkiyə ilə iqtisadi əlaqələrə yenidən baxa bilər

İsrail Türkiyə ilə iqtisadi əlaqələrə yenidən baxa bilər

18 Dekabr 2017, 00:07

İsrailin müdafiə naziri Aviqdor Liberman yahudi dövlətinin Türkiyə ilə iqtisadi əlaqələrinin baxılmasına çağırıb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, nazir bunu "Facebook" sosial şəbəkəsində yazıb.

 

"Son aylar ərzində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yahudi dövlətinə qarşı açıq təhrik üçün istənilən bəhanədən istifadə edir. Fikrimcə, biz Türkiyə ilə münasibətlərimizdə çox şeyə yenidən baxmalıyıq", deyə o bildirib.

 

Daha öncə, Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan ölkəsinin Şərqi Qüdsdə səfirlik açmaq niyyətini açıqlayıb.

 

"Biz artıq Şərqi Qüdsü Fələstin Dövlətinin paytaxtı elan etmişik. Yaxın günlər ərzində səfirliyimizidə açacağıq", deyə dövlət başçısı bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır