Modern.az

Yeni il bayramının meyvəsi – NARİNGİ

Yeni il bayramının meyvəsi – NARİNGİ

Aktual

20 Dekabr 2017, 22:26

Yəqin ki, yeni il bayramı üçün bazarlıq etməyə hazırlaşanlar tutduqları siyahıda naringi meyvəsinin adını ilk növbədə qeyd edirlər. Bayram süfrələrini bəzəyən bu meyvə xoş ətirli olmaqla yanaşı, həm də sağlamlıq üçün olduqca faydalıdır.

 

Modern.az saytının sağlamlıq mövzusu ilə bağlı növbəti yazısı naringi haqqındadır.

 

Faydalarından danışmazdan əvvəl bir məsələni, xüsusilə, qeyd etmək yerinə düşərdi. Bəzən belə hallar olur ki, bayram deyib, bu meyvədən qədərindən artıq istifadə edən insanlarla rastlaşırıq. Nəzərə almaq lazımdır ki, qastrit, mədə xorası, böyrək və bağırsaqların iltihabı zamanı naringidən istifadə etmək məsləhət görülmür. O cümlədən, allergiyaya meylli olanlar da bu meyvədən məhdudiyyətlə istifadə etməlidirlər.

 

Bəs naringini insan sağlamlığı üçün faydaları nədən ibarətdir?

 

1. Xüsusilə, qış aylarında naringi orqanizmin immun sistemini gücləndirir.

 

2. Tərkibindəki zəngin  A, B, C, D və digər vitaminlərlə bu meyvə orqanizmin fəaliyyətinə bütövlükdə müsbət təsir göstərir.

 

3. Yüksək qan təzyiqi üçün effektli vasitədir.

 

4. Sidikqovucu xassəyə malikdir.

 

5. Yaddaş zəifliyinin qarşısını alır.

 

6. Yuxusuzluqdan əziyyət çəkənlər üçün yatmazdan qabaq istifadəsi məsləhət görülür.

 

7. Sinir sistemi, əsəb sakitliyi üçün faydalıdır.

 

8. Ürək-damar xəstəliklərinin profilaktikası üçün yaxşı təbii vasitədir.

 

9. Naringi görmə qabiliyyətinə müsbət təsir göstərir.

 

10. Bu meyvədən müntəzəm istifadə edildikdə dəri təravətli qalır, vaxtsız yaranan qırışların qarşısı alınır.

 

Naringinin faydaları haqqında siyahını bir az da uzatmaq olar. Odur ki, büdcənizdən kiçik bir məbləğ xərcləyərək bayram süfrənizi bu sağlam qida ilə zənginləşdirin.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır