Modern.az

İlham Əliyevin qızına, Kəmaləddin Heydərovun oğluna, "AST" Telmanın qızına "Tərəqqi" medalı verilib (SİYAHI)

İlham Əliyevin qızına, Kəmaləddin Heydərovun oğluna, "AST" Telmanın qızına "Tərəqqi" medalı verilib (SİYAHI)

Təhsil

4 İyul 2011, 19:36

Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilib ki, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə diaspor nümayəndələri təltif edilirlər.

"Tərəqqi” medalı alanlar arasında prezidentin öz qızı Leyla Əliyeva və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov, Rusiyada tanınmış iş adamı Telman İsmayılovun qızı da var.
Leyla Əliyeva Rusiyanın Azərbaycan Gəncləri Təşkilatının sədridir. 

Tale Heydərov isə 2008-ci ildə yaradılan Avropa Azərbaycan Cəmiyyətinin sədridir. 

“Dostluq” ordeni alanlar:

Başar Ali Kemal оğlu Kömür
Eldar Faiq oğlu Əfəndiyev
Ertan Demirtaş
İоsif Semyоnоviç Şaqal
Mehmet Akkan Suver
Suat Günsel
Vladimir İvanоviç Kolesnikov

“Tərəqqi” medalı alanlar:

Adil Toğrul oğlu Bağırov
Ahmet Şafak
Akif Ənvər oğlu Ağatalıbоv
Bilal Dündar
Ədalət Abuş oğlu Hüseynоv
Əlzaman Sabir oğlu Rəhimоv
Fazil Şəmistan оğlu Həsənov
Hüseyn Sözlü
Hüseynbala Yəhya oğlu Hüseynоv
İqbal Vahid oğlu Hacıyev
İlhan Aküzüm
İlqar Hümbət oğlu Hacıyev
İslam Rövşən oğlu Hüseynоv
Quram Rajdenоviç Marxuliya
Qоd Semyonоviç Nissanоv
Leyla İlham qızı Əliyeva
Məzahir Əbülfəz oğlu Həsənov
Mirkazım Heydər oğlu Seyidov
Murad Ənvər oğlu Ömərоv
Niyazi Оqtay оğlu Hacıyev
Nüsrət Musa oğlu Məmmədov
Roman Səyyaf oğlu Əliyev
Sahil Məmmədyar oğlu Qasımov
Samir Adil оğlu İmanov
Samirə Telman qızı Patzer-İsmailоva
Settar Sayın Sevigin
Seyran Hacı oğlu Rəhimov
Sinan Oğan
Tale Kəmaləddin oğlu Heydərov
Turqut Arat
Vidadi Koroğlu oğlu Salahov
Vüqar Şahmar oğlu Novruzov
Yusif Həsən oğlu Cəfərоv

****

Prezidentin digər sərəncamı ilə Elm, mədəniyyət, incəsənət, jurnalistika, bədən tərbiyəsi və idman sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə fəxri adlar verilib:

“Əməkdar Elm Xadimi”

Natiq Məmməd oğlu Atakişiyev
Eldar İsmayıl oğlu Vəliyev
Tofiq Davud oğlu Məlikli

“Əməkdar İncəsənət Xadimi”

Cahangir Mütəllib oğlu Novruzov
Ebrahim Ehrari

“Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”

Məmməd Həşimoviç Cəfərov

“Əməkdar Artist”

Arif Abdulla oğlu Mirzəyev
Mərdan Əhmədiyyə oğlu Feyzullayev

“Əməkdar Rəssam”

Teymur Rəsul oğlu Rzayev

“Əməkdar Jurnalist”

Mahir Canmirzə oğlu Həmzəyev

“Əməkdar Mədəniyyət İşçisi”

Gülşən Lətif qızı Kazımova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı