Modern.az

Azərbaycanda sahibkarlıq 4 cür olacaq - Qanuna DƏYİŞİKLİK EDİLİR  

Azərbaycanda sahibkarlıq 4 cür olacaq - Qanuna DƏYİŞİKLİK EDİLİR   

Parlament

26 Dekabr 2017, 12:39

Azərbaycanda sahibkarlıq subyektlərinin meyarlarına görə bölgüsü aparılacaq.

Modern.az-ın məlumatına görə,bununla bağlı “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif edilir.

Belə ki, qanuna yeni 4-1 maddə (Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü) əlavə edilir.

Yeni maddəyə görə, sahibkarlıq subyektləri mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu maddədə nəzərdə tutulmuş meyarlar əsasında aparılır.

Qanuna dəyişiklik Milli Məclisin dekabrın 29-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı