22 iyul 2018, Bazar
Ana Səhifə - QARABAĞ - 5 Yanvar əfsanəvi sərkərdə Şirin Mirzəyevin doğum günüdür...
5 Yanvar əfsanəvi sərkərdə Şirin Mirzəyevin doğum günüdür...
04.01.2018, 22:16

Qarabağ savaşı tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunmuş bir ad var – Şirin Mirzəyev! Qeyrət təcəssümü olan bu qəhrəman tək Xankəndi şəhərinin, Qarabağın deyil, o taylı-bu taylı Azərbaycanın, dünya azərbaycanlılarının qürur mənbəyidir. O, öz həyat və döyüş yolları, vətən qarşısındakı xidmətləri ilə özündən sonra bir abidə qoyub getdi – Qəhrəmanlıq abidəsi...

 

5 Yanvar əfsanəvi sərkərdə Şirin Mirzəyevin doğum günüdür. Modern.az saytı qəhrəmanın həyat yollarından bəhs edən yazını təqdim edir.

 

Şirin Mirzəyev əsl peşəkar hərbçi idi. Mükəmməl nəzəri biliklərə, zəngin təcrübəyə malik hərbçi. Və onun peşəkarlığını qorxmazlığı, igidliyi, mərdliyi, ən başlıcası isə vətənə bağlılığı tamamlayırdı. Təbii ki, heç kəs anadan qəhrəman doğulmur, qəhrəmanları döyüşlər, düşmənlə mübarizə, yalnız öz sərt qanunlarına tabe olan müharibə yetişdirir. Torpaq, üstünə qan töküldükcə öz igidlərini kəşf edir. Qarabağ savaşında Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev də bax beləcə kəşf olundu.

 

Belə bir deyim də var: İgid insan təhlükədən qorxmayan yox, təhlükəyə qalib gəlmək istəyən adamdır. Məhz Şirin Mirzəyev də müharibənin xalqımız üçün yaratdığı təhlükəyə qalib gəlmək istəyən və buna görə canından belə keçməyə hazır olan igidlərdən idi.

 

Şirin Vəli oğlu Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndi şəhərində anadan olub. Orta təhsilini Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə alıb. 1966-cı ildə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Daxili Xidmət Qoşunlarının 5456 saylı hərbi hissəsində xidmətə başlayıb, 1967-ci ildə oradan SSRİ Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbinə göndərilib. 1971-ci ildə həmin ali məktəbi bitirərək SSRİ Daxili İşlər Nazirliyi Daxili Xidmət Qoşunlarının müxtəlif hissələrində xidmət edib. Təhsilini davam etdirərək 1988-ci ildə Moskva Hərbi Siyasi Akademiyasını bitirib.  1990-cı ilin oktyabr ayında polkovnik-leytenant rütbəsi alıb. 20 illik xidmətdən sonra 1991-ci ilin əvvələrində sovet ordusunda qulluq etməkdən imtina edib...

 

 

Qarşıda isə onu yeni, müstəqil Azərbaycanın nizami ordusunun yaradılmasında göstərəcəyi xidmət gözləyirdi. Özü də müharibə şəraitində, ölkədə siyasi durumun heç də arzulanan olmadığı bir ərəfədə...

 

1991-ci il sentyabr ayının əvvəllərində artıq Ağdamın 20-yə yaxın kəndində yerli ərazi özünümüdafiə dəstələri yaradılmışdı. Ancaq bu dəstələrin hər bir üzvünün hədsiz vətənpərvərlik hissi, qəhrəmanlıq və cəsurluq duyğusu olsa da, onların heç birinin hərbi peşəkarlığı yox idi. Bu isə düşmənin qarşısına çıxarılacaq döyüşkən bir ordunun təlim və bacarıq səviyyəsinin yüksək olmasına,  yaranacaq ordunun formalaşması işinə əngəl törədirdi.

 

Ayrı-ayrılıqda fəaliyyət göstərən bu yerli ərazi ozünümüdafiə dəstələrini vahid komandanlıq altında birləşdirmək, planlı şəkildə döyüş əməliyyatları hazırlamaq və həyata keçirmək üçün Ağdamda səriştəli zabitə böyük ehtiyac duyulurdu. Belə bir taleyüklü  vaxtda  SSRİ Daxili İşlər Nazirliyi Daxili Xidmət Qoşunlarının alayında xidmət etmiş peşəkar hərbçi - polkovnik- leytenant Şirin Mirzəyev  Ağdama gələrək Azərbaycanın qədim torpaqlarını ələ keçirmək istəyən düşmənə qarşı ölüm-dirim savaşına  atıldı. Azərbaycan Respublikasının müdafiə naziri, general-leytenant Valeh Bərşadlının 12 noyabr 1991-ci il tarixli əmri ilə  polkovnik-leytenant Şirin Vəli oğlu Mirzəyev Ağdam ərazi özünümüdafiə taborunun komandiri təyin olundu.

 

Az vaxt keçmədi ki, rayonun kəndlərindəki yerli ərazi  özünümüdafiə dəstələri əmrlə polkovnik – leytenant Şirin Mirzəyevin komandanlığına tabe etdirildi. 1991-ci il noyabr ayının ilk günlərində Ağdamda ərazi özünümüdafiə taborunun yaradılması demək olar ki, başa çatdırıldı.

 

Ağdama gəlişinin elə ilk həftələrindən Şirin Mirzəyevin peşəkar hərbçi, bütün varlığı, məsləki ilə Qarabağa bağlı olmağı özünü göstərdi. Vətənin qeyrətli övladları ona inanır, ölümün üzünə dik baxaraq onun arxasınca gedirdilər. Şirin Mirzəyev qəhrəman sərkərdə, ədaləti hər şeydən uca tutan insan, nəfsini özünə tabe etdirən bir şəxsiyyət kimi sevilir,  ona bəslənən sevgi gündən-günə artırdı.

 

Qısa müddət keçdikdən sonra ağır bir şəraitdə ordu hissəsi yaratmaqla düşmənə sarsıdıcı zərbə vura bilən tabor komandirinə daha böyük etimad göstərilərək o, madafiə nazirinin əmri ilə Ağdam rayonunun hərbi komissarı və alay komandiri vəzifələrinə təyin edildi. Şirin Mirzəyev məsul vəzifələr daşısa da, onun «kabineti» cəbhənin ön xətti idi.

 

Şirin Mirzəyevin Ağdamdakı  xidməti fəaliyyəti dövründə Fərrux, Qazançı,  Ağbulaq, Abdal Gülablı və s. əməliyyatlarda yüzlərlə soydaşımız erməni silahlı birləşmələrinin vəhşi caynağından xilas edilmiş, onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sirxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad  olunmuş, Ağdam rayonunun  böyük bir hissəsi müdafiə edilmişdi.

 

Şirin Mirzəyev ermənilər üçün böyük təhlükə sayılırdı. Onun keçirdiyi hər bir uğurlu əməliyyat düşməni vahiməyə, qorxuya salırdı. Ancaq təəssüf ki, onun bu uğurlu əməliyyatları, düşmənin son nəfərinə kimi Qarabağdan çıxarmaq, torpaqlarımızı azad etmək arzuları yarımçıq qaldı. 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək Şirin Mirzəyev ömrünü Azərbaycana qurban edərək şəhidlik  zirvəsinə ucaldı.

 

 

Ölümündən sonra polkovnik-leytenant Şirin Mirzəyev “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilib.

 

Bu Şirin Mirzəyevin seçdiyi yol idi. Baxmayaraq ki, hələ orta məktəbdə oxuyanda ədəbiyyata, incəsənətə daha çox meyl göstərirdi, aktyor olmaq arzusu ilə yaşayırdı. O, öz arzularının arxasınca getmədi, xəyallarında qurduğu obrazları yarada bilmədi, teatr zalındakı tamaşaçıların alqışlarını eşitmək istəyinə çatmadı, amma həyatda ən böyük obrazını yaratdı, qəhrəmanlıq obrazını. Və sayca teatr tamaşaçılarından yüz dəfə, min dəfə artıq, bütün azərbaycanlıların alqışını qazandı...


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Bəşirin də bir arzusu vardı…” - Vəfat edən qazinin vəzifəli qardaşı
22.07.2018, 14:50

“Bəşirin də bir arzusu vardı…” - Vəfat edən qazinin vəzifəli qardaşı

Millət vəkili mətbuat işçilərini və jurnalistləri təbrik etdi   
22.07.2018, 14:26

Millət vəkili mətbuat işçilərini və jurnalistləri təbrik etdi  

Azərbaycanda toyda kütləvi zəhərlənmə - 5-i UŞAQDIR
22.07.2018, 14:10

Azərbaycanda toyda kütləvi zəhərlənmə - 5-i UŞAQDIR

"Jurnalistlər təkziblə bağlı materiallardan yayınırlar"  - Hadi Rəcəbli
22.07.2018, 14:00

"Jurnalistlər təkziblə bağlı materiallardan yayınırlar"  - Hadi Rəcəbli

Sabahın HAVASI küləkli və yağışlı olacaq
22.07.2018, 13:51

Sabahın HAVASI küləkli və yağışlı olacaq

Gürcüstan patriarxının halı pisləşib
22.07.2018, 13:43

Gürcüstan patriarxının halı pisləşib

Şamaxıda kütləvi dava - ağır yaralılar var
22.07.2018, 13:31

Şamaxıda kütləvi dava - ağır yaralılar var

Metrodan istifadə edənlərin sayı artıb
22.07.2018, 13:20

Metrodan istifadə edənlərin sayı artıb

İranda güclü ZƏLZƏLƏ
22.07.2018, 13:14

İranda güclü ZƏLZƏLƏ

Azərbaycanlı hakim-inspektor Ermənistan komandasının oyununda
22.07.2018, 13:06

Azərbaycanlı hakim-inspektor Ermənistan komandasının oyununda

Qarabağ qazisi vəfat etdi – VƏZİFƏLİ ŞƏXSİN QARDAŞIDIR
22.07.2018, 13:03

Qarabağ qazisi vəfat etdi – VƏZİFƏLİ ŞƏXSİN QARDAŞIDIR

Avropa Liqasının oyunu Əliyar Ağayevə tapşırıldı
22.07.2018, 12:45

Avropa Liqasının oyunu Əliyar Ağayevə tapşırıldı

Cəlilabadda dəhşət: 2 qardaş öldü
22.07.2018, 12:36

Cəlilabadda dəhşət: 2 qardaş öldü

Mətbuatın işıqlı başlanğıcı
22.07.2018, 12:15

Mətbuatın işıqlı başlanğıcı

ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbi davam edir - FOTOLAR  
22.07.2018, 11:50

ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbi davam edir - FOTOLAR  

Ölkə üzrə istixanaların sayı AÇIQLANDI
22.07.2018, 11:34

Ölkə üzrə istixanaların sayı AÇIQLANDI

38 yaşlı kişi özünü asdı - SALYANDA
22.07.2018, 11:20

38 yaşlı kişi özünü asdı - SALYANDA

Cibində 1 manatı olmayan “bomj” 200 min manatlıq heroinlə tutuldu... - AZƏRBAYCANDA
22.07.2018, 11:09

Cibində 1 manatı olmayan “bomj” 200 min manatlıq heroinlə tutuldu... - AZƏRBAYCANDA

Prezident İlham Əliyev - jurnalistlərin yaxın dostu, mətbuatın böyük hamisi
22.07.2018, 10:58

Prezident İlham Əliyev - jurnalistlərin yaxın dostu, mətbuatın böyük hamisi

Hansı ölkə vətəndaşlığı neçəyə satır? - SİYAHI
22.07.2018, 10:42

Hansı ölkə vətəndaşlığı neçəyə satır? - SİYAHI

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22.07.2018, 10:29

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi

Dənizdə batan 4 nəfər xilas edilib
22.07.2018, 10:21

Dənizdə batan 4 nəfər xilas edilib

"Instagram"da yenilik
22.07.2018, 10:16

"Instagram"da yenilik

FHN iki nəfəri xilas etdi
22.07.2018, 10:03

FHN iki nəfəri xilas etdi

Yaponiyada orta ömür həddi rekord səviyyəyə çatıb
22.07.2018, 09:50

Yaponiyada orta ömür həddi rekord səviyyəyə çatıb

22.07.2018, 09:45

"Azərbaycan Beynəlxalq Enerji Agentliyinin çox dəyərli tərəfdaşdır" - Fatih Birol

Cəbhədə gərgin gecə: Düşmən iriçaplı pulemyotlardan istifadə etdi
22.07.2018, 09:30

Cəbhədə gərgin gecə: Düşmən iriçaplı pulemyotlardan istifadə etdi

“Qarabağ”a yeni hücumçu transfer edildi
22.07.2018, 09:15

“Qarabağ”a yeni hücumçu transfer edildi

Çimərliklərə üz tutanlar - EHTİYATLI OLUN
22.07.2018, 09:00

Çimərliklərə üz tutanlar - EHTİYATLI OLUN

Yeniyetmə dərmandan zəhərlənib
22.07.2018, 00:58

Yeniyetmə dərmandan zəhərlənib

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22.07.2018, 00:33

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb
22.07.2018, 00:21

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb

143 yaşlı Azərbaycan mətbuatı
22.07.2018, 00:01

143 yaşlı Azərbaycan mətbuatı

Bakıda dənizdə batan 4 nəfər xilas edildi
21.07.2018, 23:48

Bakıda dənizdə batan 4 nəfər xilas edildi

İntizamlı əsgər 27 il komandirinin əmrini gözləyib
21.07.2018, 23:32

İntizamlı əsgər 27 il komandirinin əmrini gözləyib

ARXİV