10 dekabr 2018, Bazar ertəsi
Ana Səhifə - ƏDƏBİYYAT - Cümhuriyyət nazirinin intihardan əvvəl yazdığı məktub: “Qəbirdə də yalvaracağam ki…”
Cümhuriyyət nazirinin intihardan əvvəl yazdığı məktub: “Qəbirdə də yalvaracağam ki…”
02.06.2018, 14:46

Bu dəfə Cümhuriyyətin daha bir başıbəlalı fədaisi, ADR-in xarici işlər naziri Məhəmmədhəsən Hacinskinin intiharından danışacağıq. M.Hacinski haqqında çox yazmaq və danışmaq olar. Onun fəaliyyəti barəsində müxtəlif yazılar yazmağa çalışacağıq. Lakin indi təqdim edəcəyimiz yazıda Hacınskinin ömrünün son saatları əks olunub.

 

O da repressiyyanın caynağına keçib. Çoxsaylı işgəncə və sorğu-sualdan bezib. Bir tərəfdən də ailəsinin dərdi… bunlar hələ nədir ki?! Onu ən çox narahat edən Rəsulzadə başda olmaqla, vaxtı ilə bir neçə məsləkdaşının əksinə hərəkət etməsi idi. Bu barədə sonra danışarıq. İndi isə Hacınski ömrünün son akkordlarını vurmaqdadır. O, arvadı Səadət xanımın gətirdiyi döşək ağı ilə özünü asmazdan əvvəl söz sahibi olan bolşeviklərdən ikisinə məktub da yazır:

“Ölərkən mən sizə bütün həqiqəti deyəcəyəm. Mən daim sizin həmişə tərəddüd edən düşməniniz olmuşam. Ancaq mən dildə düşmən olmuşam, düşməncəsinə nitqlər demiş, ancaq heç bir hərəkətimlə sovet hökumətinə zərər yetirməmişəm. Burada mən öz üzərimə günah üstündən günah götürmüşəm, ancaq mənə belə ifadələr göstərəndə ki, guya mən xariclə əlaqəliyəm, Moskva ziyankarlar mərkəzi ilə, Azərbaycanm siyasi mərkəzi ilə, mən üsyan hazırlamışam, mən Zaqafqaziya plan komitəsində təşkilata malik olmuşam, başa düşdüm ki, onları rüsvay edə bilmərəm və həyatımın qalan hissəsini rüsvay olmalı və əzab çəkməliyəm. Mən öz tərəddüdlərimin, çərənçiliyimin qurbanı olmuşum. Heç kimi, hətta ifadələri düzüb-qoşanları da ittiham etmək istəmirəm. Hər şey mənə uyğun gəlir. Qəbirdə də yalvaracağam ki, mənim işimə işıq salın, heç olmasa mənim rüsvayçılığımın bir hissəsini üstümdən götürün.” ((mənbə: Lətif Şüküroğlu “Cümhuriyyət hökuməti repressiya məngənəsində”).

 

 

Həmin məktubdan sonra isə intihar edir. Məhəmməd Həsən bəyin ölümü həmin gün oğlu Şamillə həbsxanaya baş çəkən Səadət xanıma bildirilir. Ərinin nəşinin qaytarılmayacağını öyrənən Səadət xanım Orconikidzeyə teleqram vuraraq ondan əriylə vidalaşmağa imkan yaratmağı xahiş edir. Sonra evə qayıdaraq halva çalan Səadət xanım uşaqlarını başına yığıb, mərhumun ruhuna dualar oxuyur. Uşaqlarına ağlamağı qadağan edən ana zəif səslə “Pəncərədən daş gəlir”i zümzümə edir. Uşaqlar da ona qoşulur və bu mahnını faciə ilə üzləşən ailənin ağısına çevirirlər.

 

Mərhum professor Aydın Dadaşovun “Məhəmməd Həsən Hacınski” monoqrafiyasında sabiq  nazirin faciəvi sonluğu bu cür təsvir edilir:

“Ertəsi gün Serqo Orconikidzenin göstərişi ilə Hacınski ilə vidalaşan Səadət xanım mərhumun şəxsi əşyası kimi onlara təqdim olunan xırda çamadanı götürüb evə qayıdır. Çamadandan çıxan mələfədən doğranıb-hazırlanan kəndir ailəyə ağır təsir edir. Mərhumun oğlanları həmin gecə kəndiri aparıb xəlvətcə, vaxtilə F.Xoyskinin və H.Ağayevin dəfn edildikləri məzarlıqda basdırırlar...

 

...Serqo Orconikidzenin tapşırığı ilə Hacınskilərə kəsilən cüzi təqaüd 1940-cı ilə qədər verilsə də, ailə üzvlərinin təqib olunması nəticəsində uşaqlar məktəbdən xaric olunur və iş yerlərini itirirlər. Mühacir kimi Avropaya üz tuturlar. Daha sonra Səadət xanım Almaniyada yaşayan oğlanları Şamil və Nuşirəvana məktub yazıb onlardan vətənə qayıtmalarını xahiş edir. Şamil geri dönsə də, atasının taleyini yaşamaq istəməyən Nuşirəvan ömürlük qürbətdə yaşamağı üstün tutur”.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb. 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Aygün Kazımova Türkiyədə “Altın Kelebek” mükafatı aldı - FOTO
10.12.2018, 00:26

Aygün Kazımova Türkiyədə Altın Kelebek” mükafatı aldı - FOTO

Ermənistanda seçkilərin ilkin nəticələri AÇIQLANDI  
09.12.2018, 23:51

Ermənistanda seçkilərin ilkin nəticələri AÇIQLANDI  

Koçaryan tərəfdarları mitinqlərə çağırış etdilər   
09.12.2018, 23:15

Koçaryan tərəfdarları mitinqlərə çağırış etdilər  

Paşinyana biçilən “Buratino ömrü” və ya sillənin qulaq batıran səsi   
09.12.2018, 22:53

Paşinyana biçilən “Buratino ömrü” və ya sillənin qulaq batıran səsi  

Azərbaycan Çempionatında 1-ci dövrə yekunlaşdı - Turnir CƏDVƏLİ   
09.12.2018, 22:04

Azərbaycan Çempionatında 1-ci dövrə yekunlaşdı - Turnir CƏDVƏLİ  

Firudin Cəlilovla Etibar Əliyev arasında QALMAQAL: “3 gün vaxt verirəm!”   
09.12.2018, 21:45

Firudin Cəlilovla Etibar Əliyev arasında QALMAQAL: “3 gün vaxt verirəm!”  

Ermənistanda növbədənkənar seçkilər başa çatıb - YENİLƏNİB
09.12.2018, 21:22

Ermənistanda növbədənkənar seçkilər başa çatıb - YENİLƏNİB

Sarkisyan səsvermədə problemlə üzləşdi   
09.12.2018, 21:07

Sarkisyan səsvermədə problemlə üzləşdi  

Məşhur müğənni xəstəxanaya düşdü   
09.12.2018, 20:50

Məşhur müğənni xəstəxanaya düşdü  

“Qarabağ” “Zirə”ni darmadağın etdi   
09.12.2018, 20:43

“Qarabağ” “Zirə”ni darmadağın etdi  

Rəsmi Parisdən Trampa XƏBƏRDARLIQ: “Fransanın daxili işlərinə burnunu soxma!”   
09.12.2018, 20:38

Rəsmi Parisdən Trampa XƏBƏRDARLIQ: “Fransanın daxili işlərinə burnunu soxma!”  

Prezident Makron aksiyaçılarla görüşə razılıq verdi
09.12.2018, 20:10

Prezident Makron aksiyaçılarla görüşə razılıq verdi

“Bu, Ermənistan tarixində ən biabırçı seçkilərdir”   
09.12.2018, 19:54

“Bu, Ermənistan tarixində ən biabırçı seçkilərdir”  

Otel sahibini otağında güllələdilər - FOTO
09.12.2018, 18:01

Otel sahibini otağında güllələdilər - FOTO

Makron etirazçılardan üzr istədi
09.12.2018, 17:47

Makron etirazçılardan üzr istədi

Parisdəki “Azərbaycan evi”nin rəhbəri: “Azərbaycanlılar üçün hər hansı təhlükə yoxdur”
09.12.2018, 17:33

Parisdəki “Azərbaycan evi”nin rəhbəri: “Azərbaycanlılar üçün hər hansı təhlükə yoxdur”

Liftdə qalanlar xilas edildi
09.12.2018, 17:21

Liftdə qalanlar xilas edildi

DYP Mingəçevirdə reyd keçirib: 70 sürücü cərimələnib
09.12.2018, 17:08

DYP Mingəçevirdə reyd keçirib: 70 sürücü cərimələnib

Fələstin parlamenti buraxılır?
09.12.2018, 16:52

Fələstin parlamenti buraxılır?

Özbəkistan OPEC-də müşahidəçi statusu alıb
09.12.2018, 16:30

Özbəkistan OPEC-də müşahidəçi statusu alıb

Messi 15 milyon dollara təyyarə aldı - FOTO
09.12.2018, 16:09

Messi 15 milyon dollara təyyarə aldı - FOTO

Azərbaycanda yeni duz yataqları açılacaq
09.12.2018, 15:50

Azərbaycanda yeni duz yataqları açılacaq

Ermənistanda seçki məntəqəsində qanunsuzluq aşkarlandı - səsvermə dayandırıldı   
09.12.2018, 15:30

Ermənistanda seçki məntəqəsində qanunsuzluq aşkarlandı - səsvermə dayandırıldı  

Asfalt yollar, hündür binalar... - Daha “quşlar, quşlar ay, quşlar” oxuya bilmirik
09.12.2018, 15:07

Asfalt yollar, hündür binalar... - Daha “quşlar, quşlar ay, quşlar” oxuya bilmirik

Polis camaat qarşısında Qurana and içdi - Rüşvət ALMAYACAQ...
09.12.2018, 14:42

Polis camaat qarşısında Qurana and içdi - Rüşvət ALMAYACAQ...

Gələn il evlənmək istəyənlərin işi lap çətin olacaq… - FOTO
09.12.2018, 14:26

Gələn il evlənmək istəyənlərin işi lap çətin olacaq… - FOTO

Həftənin ilk iş günü üçün hava proqnozu AÇIQLANDI 
09.12.2018, 14:14

Həftənin ilk iş günü üçün hava proqnozu AÇIQLANDI 

“Moskva” univermağında yanğın olub - FOTO
09.12.2018, 13:59

“Moskva” univermağında yanğın olub - FOTO

Elçin Əlibəylinin apardığı veriliş bağlandı
09.12.2018, 13:47

Elçin Əlibəylinin apardığı veriliş bağlandı

09.12.2018, 13:17

"Lotu Quli"nin azadlığa çıxdığı anın görüntüləri yayıldı - VİDEO

Ermənistanda seçici səs verə bilmədi - SƏBƏBİ gülməli...
09.12.2018, 12:50

Ermənistanda seçici səs verə bilmədi - SƏBƏBİ gülməli...

Hindistanda faciə: 11 ölü, 4 yaralı
09.12.2018, 12:37

Hindistanda faciə: 11 ölü, 4 yaralı

Bakıda ağır qəza: qadın öldü, 2 yaralı var
09.12.2018, 12:00

Bakıda ağır qəza: qadın öldü, 2 yaralı var

Silahlı aksiyaçılar həbs edildi - sayları AÇIQLANDI
09.12.2018, 11:41

Silahlı aksiyaçılar həbs edildi - sayları AÇIQLANDI

Cəlilabadda yol qəzası baş verdi - yaralılar var
09.12.2018, 11:25

Cəlilabadda yol qəzası baş verdi - yaralılar var

Bələdiyyə hazırlayan təhsil ocağına ehtiyac varmı?    
09.12.2018, 11:00

Bələdiyyə hazırlayan təhsil ocağına ehtiyac varmı?   

Hacıbəylinin varisləri Azərbaycanın tarixi ilə tanış olublar - FOTO
09.12.2018, 10:35

Hacıbəylinin varisləri Azərbaycanın tarixi ilə tanış olublar - FOTO

Gəncədə ağır yol qəzası baş verib
09.12.2018, 10:15

Gəncədə ağır yol qəzası baş verib

Çaylarda suyun səviyyəsi dəyişib
09.12.2018, 10:00

Çaylarda suyun səviyyəsi dəyişib

Çiskinli yağış yağacaq - Bu günün HAVASI
09.12.2018, 09:45

Çiskinli yağış yağacaq - Bu günün HAVASI

Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı AÇIQLANDI
09.12.2018, 09:35

Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı AÇIQLANDI

Düşmən iriçaplı pulemyotlardan atəş açıb
09.12.2018, 09:12

Düşmən iriçaplı pulemyotlardan atəş açıb

Ermənistanda erkən parlament seçkiləri keçirilir
09.12.2018, 09:00

Ermənistanda erkən parlament seçkiləri keçirilir

“Mançester Siti” Premyer Liqada ilk məğlubiyyətini aldı
09.12.2018, 01:59

Mançester SitiPremyer Liqada ilk məğlubiyyətini aldı

İtlərin mitinqi   
09.12.2018, 01:39

İtlərin mitinqi  

Erməni əlində olan əsir və girov azərbaycanlılar - Yeni STATİSTİKA -  29 uşaq, 98 qadın, 604 hərbçi  
09.12.2018, 00:58

Erməni əlində olan əsir və girov azərbaycanlılar - Yeni STATİSTİKA -  29 uşaq, 98 qadın, 604 hərbçi  

Ərdoğan: “Bizim polisimizə lağ edənlərin polisi indi görün nələr edir” - VİDEO
09.12.2018, 00:17

Ərdoğan: “Bizim polisimizə lağ edənlərin polisi indi görün nələr edir” - VİDEO

Nadir Adilovun yeni kitabının imza günü keçirilib - FOTOLAR
09.12.2018, 00:09

Nadir Adilovun yeni kitabının imza günü keçirilib - FOTOLAR

“Qalatasaray” doğma meydanda xal itirdi
08.12.2018, 23:30

“Qalatasaray” doğma meydanda xal itirdi

1385 etirazçı saxlanıldı, 118 nəfər yaralandı - Fransa ÇALXALANIR
08.12.2018, 23:11

1385 etirazçı saxlanıldı, 118 nəfər yaralandı - Fransa ÇALXALANIR

ARXİV