Modern.az

Prezident İlham Əliyev Sumqayıtda olub

Prezident İlham Əliyev Sumqayıtda olub

Təhsil

7 İyul 2011, 16:25

Bu gün Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfər edib. Dövlət başçısı əvvəlcə Sumqayıtın girişində və şəhərdə görüləcək yenidənqurma - abadlıq işlərini əks etdirən stendlərə baxıb.  Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezidentə  görüləcək işlərlə bağlı məlumat verib. Dövlət  başçısı yenidənqurma və abadlıq işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib. 
Sonra  dövlət başçısı Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə abidənin ətrafında görülən  abadlıq işləri barədə məlumat verilib. 
Daha sonra dövlət başçısı Nəsimi adına Sumqayıt dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olub. Şəhər ictimaiyyətinin nümayəndələri dövlət başçısını hərarətlə qarşılayıblar. Prezident parkın gələcək vəziyyətini əks etdirən stendlərə baxıb. Dövlət başçısına parkda görüləcək içlərlə bağlı məlumat verilib. 

Prezident İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşüb, onlarla xatirə şəkli çəkdirib. Sonra dövlətimizin başçısı parkın ərazisini gəzib. Dövlət başçısı Sumqayıt şəhər 1 saylı Uşaq- Gənclər İdman Məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. 
başçısı idmançılarla görüşüb, onlarla söhbət edib. Daha sonra Prezident İlham Əliyev məktəblə tanış olub. Dövlət başçısı məktəbin boks trenajor, voleybol, basketbol, fitnes, tennis, boks zallarına və hovuza baxdı, idmançıların nümunəvi çıxışlarını izləyib.

Sonra dövlət başçısı Sumqayıt şəhərinin mərkəzində Heydər Əliyev parkında aparılan abadlıq və quruculuq işləri ilə tanış olub. Prezident  parkda tikiləcək Heydər Əliyev Muzeyinin fotoeskizlərinə baxıb. Dövlət başçısına parkın ərazisində görüləcək işlərlə bağlı məlumat verilib. 
Dövlət başçısı Kimyaçı Mədəniyyət Sarayında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə də tanış olub. Prezident sarayın həyətində Heydər Əliyev meydanının yenidən qurulmasını əks etdirən stendlərə baxıb. 

Prezident Sumqayıt şəhərindəki Cümə məscidində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə də tanış olub. Məscidin axundu Prezident İlham Əliyevə görüləcək işlərlə bağlı məlumat verib. Bildirilib ki, məsciddə yeni minarə də tikiləcək. Cümə məscidinin axundu dövlət başçısına müqəddəs Qurani-Kərim hədiyyə edib. 
Sonra Prezident İlham Əliyev Sumqayıt Texnologiyalar Parkında yüksəkgərginlikli elektrik avadanlığı zavodunun fəaliyyəti ilə tanış olub. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət başçısına zavod haqqında məlumat verib. Bildirilib ki, müəssisədə dünyanın ən qabaqcıl texnologiyaları ilə hazırlanan avadanlıq, eləcə də Finlandiya, Almaniya və Türkiyə istehsalı olan əymə, lazer kəsmə dəzgahları və ABŞ-dan alınan laboratoriya sınaq qurğuları quraşdırılıb. Prezident İlham Əliyev müəssisənin günəş kollektorları və istilik qazanları istehsalı sexini gəzib. 
Daha sonra dövlət başçısı Sumqayıt Texnologiyalar Parkında qaynar sinkləmə zavodunun fəaliyyəti ilə tanış olub. 
Dövlət başçısına məlumat verilib ki, uzunluğu 15 metrə qədər olan polad məmulatın sinklənməsinə tam şəraitin olduğu zavodda tətbiq edilən texnologiya yüksək səmərəli və ekoloji təmiz istehsal prosesini təmin edir. Qeyd edilib ki, zavodun ən son və müasir texnologiyalarla təchiz olunması buraxılan məhsulların keyfiyyətinə və uzunömürlülüyünə tam zəmanət verir. 
Bununla da Azərbaycan Prezidentinin Sumqayıta səfəri başa çatıb.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı