Modern.az

Qızılca epidemiya xarakteri aldı

Qızılca epidemiya xarakteri aldı

13 Yanvar 2018, 20:47

Ukraynada son bir ildə qızılca xəstəliyindən 6 nəfər ölüb. Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, dünyasını dəyişənlərdən 4-ü uşaqdır.

Məlumata görə, 2017-ci ildə Ukraynada 4782 nəfər qızılca xəstəliyinə tutulub. Həmin il qızılcadan 5 nəfər ölüb, onlardan 3-ü uşaqdır.

 

Bu ilin 13 günündə isə artıq 1000 nəfərdən çox insan qızılca xəstəliyinə yoluxub, bir uşaq ölüb.

 

Təkcə paytaxt Kiyev şəhərində 100-ə yaxın insan qızılcaya tutulub, onlardan 60-a yaxını uşaqdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir