Modern.az

Bitkoin və mərkəzi banklar – Dünya iqtisadiyyatında silkələnmə

Bitkoin və mərkəzi banklar – Dünya iqtisadiyyatında silkələnmə

17 Yanvar 2018, 12:35

2018-ci ilin geridə qalan günləri kriptovalyutalar üçün də heç də uğurlu olmadı. Bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, son bir ayda bitkoin 41 faiz, bu ilin son 10 günündə isə 34 faiz dəyər itirib:

 

“Cənubi Koreyanın bitkoinləri ilə əməliyyatları qadağan etmək istəyi virtual valyutanın mövqeyini ciddi şəkildə silkələdi. Bitkoin ilə yanaşı, digər əksər kriptovalyutaların da dəyərində azalmalar müşahidə edilməkdədir. Bu arada əksər beynəlxalq maliyyə qurumları ilə yanaşı, bir sıra Avropa Birliyi ölkələrindən də kriptovalyutalar ilə bağlı ehtiyatlı açıqlamalar gəldi”.

 

Bitkoindəki köpüklər partlayırmı?

 

Ekspert qeyd edib ki, əslində, öncədən əksər beynəlxalq qurumlar bitkoinin qiymətinin 8 min dolları keçəcəyi halda, köpüklərinin yaranacağını proqnozlaşdırmışdılar:

 

“Aydındır ki, əksər mərkəzi bankların xoşlamadığı virtual valyutaların qlobal bazarda özlərinə yer tapması asan deyil və bu zaman tələb edəcək. Blokçeyn üzrə əməliyyatlar ənənəvi bankçılığa tələbi azaldır. Və sadəcə bu kontekstdən də hələlik nə əksər mərkəzi banklar, nə də kommersiya bankları virtual valyutaları xoş qarşılayırlar. Güman olunur ki, kriptovalyutaların gələcək taleyi birbaşa aparıcı dövlətlərin onlara münasibətindən asılı olacaq. Aparıcı ölkələr bitkoinlərin istifadə dairəsini məhdudlaşdırmaqda davam edəcəklərsə, o zaman yeni qiymət azalmaları qaçılmazdır. Amma əgər ABŞ bitkoinləri dəstəkləyərsə, o zaman kriptovalyutalar “ayaqda dura” bilərlər. Bütün hallarda bitkoinlərin taleyinin necə olmasından asılı olmayaraq, bütövlükdə gələcək virtual valyutaların olacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir