Modern.az

Ermənistan qeyri-döyüş itkilərini Azərbaycanın üzərinə atmağa çalışır

Ermənistan qeyri-döyüş itkilərini Azərbaycanın üzərinə atmağa çalışır

Aktual

18 Yanvar 2018, 12:43

“Azərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat tam yanlışdır”.

Bu barədə Müdafiə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Rəsmi məlumatda qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri atəşkəs rejiminə tam riayət edir:


“Ermənistan ordusunda hökm sürən özbaşınalıq və nizam-intizamsızlıq nəticəsində baş vermiş bu hadisə erməni ictimaiyyətindən gizlədilməsi məqsədilə məhz bu formada təqdim edilir.

Bu, ilk hadisə deyil ki, Ermənistanın hərbi rəhbərliyi ordularındakı qeyri-döyüş itkilərini Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərir. Lakin obyektiv ballistik araşdırma aparılarsa, güllənin hansı erməni əsgərinin silahından açıldığı erməni ictimaiyyətinə tam aydın olar”.

Dünən Ermənistanın Azərbaycanla həmsərhəd olan Noyamberyan rayonunda 30 yaşlı hərbçi Adibek Mikoyan odlu silahdan açılan atəşlə yaralanıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır