Modern.az

Qoada hərəkət iflic oldu - Taksi sürücüləri tətilə çıxdı

Qoada hərəkət iflic oldu - Taksi sürücüləri tətilə çıxdı

Aktual

19 Yanvar 2018, 18:53

Hindistanın Qoa adasında taksi sürücülərinin tətili keçirilir.

 

Modern.az-ın məlumatına görə, aksiyaya 18 min sürücü qatılıb.

Tətilə bölgə rəhbərliyinin taksilərə məcburi sürət məhdudiyyəti qurğularının qoyulması barədə qərarı səbəb olub.

Tətilə görə Qoa ştatının nəqliyyat naziri turistlərin hava limanından hotellərə çatdırılması üçün əlavə 300 avtobus və minə yaxın avtomobil ayırıb.

Tətilin bir gün davam edəcəyi bildirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır