Modern.az

Məmmədyarov \"Tata Steel Chess\"də 3-cü qələbəsini qazandı

Məmmədyarov \

21 Yanvar 2018, 00:39

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" festivalında üçüncü qələbəsini qazanıb.  Modern.az xəbər verir ki, 33 yaşlı qrossmeyster 7-ci turda ağ fiqurlarla çinli Vey İni məğlub edib. Rəqib 30-cu gedişdə təslim olub.

 

Bununla da xallarını 5,5-ə çatdıran Şəhriyar Məmmədyarov vahid liderliyini davam etdirir. O, ən yaxın izləyicilərindən 1 xal öndədir.

 

Qeyd edək ki, turnir ümumilikdə 13 turdan ibarətdir. 8-ci turda Şəhriyar Məmmədyarov qara fiqurlarla hollandiyalı Aniş Giriyə rəqib olacaq. Görüş yanvarın 21-də keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi