Modern.az

“Sinemanın kral və kraliçası” seçildi - Fotolar

“Sinemanın kral və kraliçası” seçildi - Fotolar

Aktual

21 Yanvar 2018, 19:45

Bu gün  Türkiyənin məhşur “Sinemanın kral və kraliçası”: 2-ci sinema güzeli yarışması” layihəsinin Azərbaycan seçimlərinə start verilib. Modern.az xəbər verir ki, Türkan Şoray, Tarık Akan, Fatma Girik, Cüneyt Arkın, Hülya Köçyiğit kimi məhşur sənətçilərin də ötən əsrdə iştirak etdiyi və “Sinemanın Kral və Kraliçesi: II Sinema Güzeli Yarışması” adlanan layihədə iştirak üçün qeydiyyatdan keçən gənclərin seçiminə başlanılıb. Seçim turunda paytaxt Bakı və bir çox regionlardan çoxlu sayda gənclər iştirak ediblər. “Sinema güzeli yarışması”nın təşkilatçısı Atilla Kaplakarslanın rəhbərlik etdiyi münsiflər, eləcə də Azərbaycan nümayəndəliyinin səs verdiyi gənclər arasından sonda 1 qız və 1 oğlan finala vəsiqə qazanıblar. Türkiyənin məşhur “Çocuklar duymasın” serialının baş rol ifaçısı Tamer Karadağlı da münsiflər heyətinin üzvləri arasında yer alıb.

 

İştirakçılardan “Miss Union-2017”  Beynalxalq gözəllik müsabiqəsinin qalibi Səhər Əkbər və Azərbaycan Milli Konservatoriyasının 3-cü kurs tələbəsi Pərviz Musayev qalib seçilib.

 

Onlar birbaşa İstanbulda keçiriləcək son final yarışmasına qatılacaqlar. Türkiyə, bəzi Avropa ölkələri və Azərbaycandan seçiləcək 14 qız və 14 oğlan finalçı onlar üçün yardılan düşərgədə qalacaqlar. Bu müddətdə onların saç və cildlərinə qulluq ediləcək, aktyorluq dərsləri keçiləcək. Eyni zamanda müsabiqə gecəsi nümayiş etdiriləcək səhnələr üçün təlim keçiriləcək.

 

Layihənin məqsədi istedadlı gənclərin müsbabiqə yolu ilə seçilməsi və Türkiyə filmlərinə dəvət olunmasıdır. Müsabiqə istedadlı gənclərə bacarıqlarını nümayiş etdirmək şansı yaradır.

 

“Ötən əsrin 70-ci illərində Türkiyənin Artist” və “Səs” jurnallarının həyata keçirdikləri “Sinema Gözəli” yarışı ilə “Yeşilçam”ın bir çox istedadlı gəncləri məhşur aktyor və aktrisalar kimi tarixə düşüblər. 2017-ci ilin mart ayında yenidən fəaliyyətə başlayan müsabiqədə hüquq fakülətəsinin məzunu Dilara Gülsün Meydancı “Kraliça”, Robert Liseyinin məzunu 22 yaşlı Orhan Öztürk isə “Kral” olub.

 

Yarışmanın qalibləri Pərviz Musayev və Səhər Əkbər təəssüratlarını Modern.az-la bölüşüblər:

Pərviz Musayev İstanbulda keçirələcək yarışmada qalib olmasa belə özünü artıq qalib hiss edir:

“1993-cü ildə doğulmuşam.  Ən böyük arzum birinci olmaq idi. Həyəcandan heç nə hiss edə bilmirəm. Bir gün qalib olacağımı gözləyirdim, amma o günün bu gün olduğunu bilmirdim”.

 

Səhər Əkbər digər iştirakçılarla müqayisədə daha çox həyəcan keçirdiyini qeyd edib:

“Bir yarışmaya qatılırsınız və orda bir çox iştirakçılar olur. Hər kəs qalibiyyət üçün ora gəlir. Birinci olacağını düşünməyən insan onsuz da burda olmaz.

Mən 2017-ci ildə Azərbaycanı Vyana şəhərində keçirilən gözəllik müsabiqəsində  19 ölkə içərisindən birinci etmişəm. Bu qalibiyyətdən sonra ikinci olmaq mənim üçün ayıb olardı. Ona görə də hər kəsin keçirdiyi həyəcanın 2 qatını keçirirdim. Adımı çəkdiklərində uşaqlar məni çağırdı və nə baş verdiyini başa düşmədim. Bir anlıq özümü zalda tapdım. Hər kəsin məni təbrik etdiyini görəndə çox xoşbəxt oldum.

İştirakçılara sıra nömrələri veriləndə mənə birinci nömrə verildi. Bu, tamamilə təsadüf idi. İştirakçılar arasında belə bir ifadə işləndi. Dedilər ki, birinci, birinci olacaq. Bu həyəcanımı daha da artırdı”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır