Modern.az

Mühərriki alovlanan təyyarə təcili eniş edib

Mühərriki alovlanan təyyarə təcili eniş edib

Dünya

22 Yanvar 2018, 00:29

Yaponiyanın  “Japan Airlines” aviaşirkətinə məxsus təyyarə Finlandiyanın paytaxtına təcili eniş edib. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sərnişin təyyarəsi havada olarkən mühərriklərin biri alovlanıb.

 

Helsinki-Tokio marşrutu üzrə uçan təyyarə hava limanına geri dönməli olub. Təyyarənin göyərtəsində 160 sərnişinin olduğu bildirilir. Hadisə nəticəsində zərərçəkən olmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır