20 fevral 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Çoxmənzilli binaların kommunal PROBLEMİ - Vətəndaş niyə qışda işıq-qaz çətinliyi yaşasın?  
Çoxmənzilli binaların kommunal PROBLEMİ - Vətəndaş niyə qışda işıq-qaz çətinliyi yaşasın?  
22.01.2018, 09:12

Mənzil Tikinti Kooperativlərinin (MTK) vətəndaşları müxtəlif vasitələrlə dolandırdıqları hər kəsə məlumdur. Son vaxtlar artan şikayətlər yeni tikililərdəki kommunal xidmətlərdən istifadə ilə bağlıdır. Belə ki, vətəndaş ödənişini edib, ədəb-ərkanla evində yaşamaq istəsə də, normal şəkildə qaz, işıq və su ala bilmir. Bir halda ki mənzilin qaz, işıq və su təminatı sayğacladır, vətəndaş yalnız ödədiyi məbləğdə kommunal xidmətdən istifadə edə bilər, yersiz süründürməçilik nəyə lazımdır? Vətəndaş hansı səbəbdən qışın soyuğunda qaz, işıq problemi yaşamalıdır?

Hazırda qüvvədə olan Mənzil Məcəlləsinə görə, MTK çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.


Bütün sahələri dövlətin və ya bələdiyyənin mülkiyyətində olan çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanı və ya mülkiyyətində belə bina olan müvafiq bələdiyyə tərəfindən qanunvericiliyə uyğun olaraq təşkil edilmiş açıq müsabiqənin nəticələrinə əsasən seçilmiş idarəedici təşkilatla həmin binanın idarə edilməsi müqaviləsinin bağlanması yolu ilə həyata keçirilir.

Mülki Məcəlləyə görə, soyuq və isti su, kanalizasiya, elektrik, qaz təminatı (o cümlədən, balonlarda məişət qazının təmin edilməsi), istilik təchizatı (o cümlədən, soba qalandıqda bərk yanacaqla təminat) haqqında müqavilələri çoxmənzilli binanın idarə edilməsini bilavasitə həyata keçirən sahə mülkiyyətçisi öz adından bağlayır.


Modern.az
çoxmənzilli binaların sakinlərinə göstərilən kommunal xidmətlə bağlı dövlət qurumlarının mövqeyini öyrənib.


“Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az
-a bildirib ki, hündürmərtəbəli binaların qaz təchizatı şəbəkəsinin çəkilişi MTK-nın sifarişi əsasında, xüsusi lisenziyası olan tikinti təşkilatları tərəfindən həyata keçirilir:

“Tikinti təşkilatları tərəfindən qaz təchizatında təhlükəsizlik, qazdan istifadə, eləcə də qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə uyğun tikinti-quraşdırma işləri aparılır və texniki icra sənədləri tərtib edilir. MTK-nın rəhbərliyi tərəfindən qəbul komissiyasının aktları, qaz təchizatı ilə bağlı texniki icra və digər zəruri sənədlər tam şəkildə “Azəriqaz” İstehsalat Birliyinə təqdim olunduqda, müvafiq qaydalara uyğun olaraq, qazın alqı-satqı müqaviləsi bağlanır və bundan sonra mənzillərə təbii qazın açılması təmin edilir”.

İ.Kərbalayev bildirib ki, ötən il ərzində 483 çoxmərtəbəli binaya təbii qazın açılması təmin edilib:

“Bu da öz növbəsində 21445 mənzili əhatə edib. “Azəriqaz” İstehsalat Birliyi təbii qazın satışı ilə məşğul olan qurum olaraq, zəruri sənədlərini təqdim etmiş istənilən çoxmərtəbəli binaya ən qısa zamanda təbii qazın verilməsinə hazırdır”.

 

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Modern.az-a deyib ki, bütün məsələlər MTK-lar tərəfindən icra olunmalıdır:

“MTK-lar əhali və qeyri-əhali üzrə ümumi sayğac sifariş verməlidir. Daxil olan sifariş əsasında da bizim əməkdaşlarımız sayğac quraşdırırlar. Burada hər hansı bir problem yoxdur. Həmçinin, əgər vətəndaş, həyət evi, qaraj tikirsə, onların enerji təchizatının təminatı üçün “ASAN kommunal”a müraciət edilməlidir. Ümilikdə, binanın bütün daxili işləri MTK-lara aiddir”.

 

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının da fikirləri həmkarları ilə üst-üstə düşüb:

Azərbaycanda mənzil-tikinti kooperativlərinin (MTK) inşa etdiyi binalarda su sayğaclarının quraşdırılmasını “Azərsu” ASC həyata keçirmir. Sayğaclar binalarda MTK-ların özləri tərəfindən quraşdırılır və sayğacın dəyərinin ödənilməsi məsələləri də MTK ilə sakinlər, yənu payçılar arasında qarşılıqlı razılıq əsasında həll edilir. Təzə tikilən binalarda sayğacların quraşdırılması MTK ilə oradan mənzil alan sakinlərin öz aralarında həll olunur. Biz MTK-lara texniki şərt verəndə orada göstərilir ki, bina o zaman təhvil alınır ki, orada su anbarı tikilsin, su və kanalizasiya xətləri çəkilsin və su sayğacları quraşdırılsın. Yəni həmin binalarda su sayğaclarının quraşdırılması da MTK-ların üzərinə düşür. Sayğacların pulunun MTK tərəfindən verilməsi, onun dəyərinin mənzilin kvadratmetrinin qiymətinə əlavə olunması və ya əlavə olaraq sakinlərdən yığılması məsələsini MTK ilə oradakı payçılar öz aralarında həll edirlər. Elə MTK-lar var ki, sayğacın pulunu mənzilin qiyməti ilə birgə hesablayır, eləsi də var ki, sayğacın pulunu əlavə alır. Yəni bunun bizə heç bir aidiyyəti yoxdur və buna görə heç bir məsuliyyət daşımırıq. Biz texniki şərtə uyğun olaraq MTK-ya magistral xətdən çıxış veririk və digər məsələləri onlar özləri həll edirlər”.

Qurum rəsmisi qeyd edib ki, digər məsələlər dedikdə, MTK-nın abonentləri neçə saat su ilə təmin etməsi, su anbarını necə mühafizə etməsi və qoruması nəzərdə tutulur.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanla Səudiyyə Ərəbistanı razılıq əldə etdi
20.02.2018, 18:51

Azərbaycanla Səudiyyə Ərəbistanı razılıq əldə etdi

Milli Qəhrəmanlara verilən təqaüdlər artırıldı
20.02.2018, 18:45

Milli Qəhrəmanlara verilən təqaüdlər artırıldı

Böyük Vətən Müharibəsi iştirakçılarının təqaüdləri artırıldı
20.02.2018, 18:42

Böyük Vətən Müharibəsi iştirakçılarının təqaüdləri artırıldı

“Azərsu”ya 15 milyon manat ayrıldı
20.02.2018, 18:36

“Azərsu”ya 15 milyon manat ayrıldı

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü: 30 ilin təhlili xronikası
20.02.2018, 18:28

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü: 30 ilin təhlili xronikası

Əfv Komissiyasının iclasında 100-ə yaxın müraciətə baxılıb
20.02.2018, 18:12

Əfv Komissiyasının iclasında 100-ə yaxın müraciətə baxılıb

FHN: “Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü”
20.02.2018, 18:07

FHN: “Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü”

Tehranda polislə dərvişlərin toqquşması - 6 ölü
20.02.2018, 17:49

Tehranda polislə dərvişlərin toqquşması - 6 ölü

XİN-dən Sarkisyana sərt CAVAB
20.02.2018, 17:45

XİN-dən Sarkisyana sərt CAVAB

Ziya Məmmədov: “Mənim heç nəyim yanmayıb”
20.02.2018, 17:44

Ziya Məmmədov: “Mənim heç nəyim yanmayıb”

Putin Afrinə görə Təhlükəsizlik Şurasının iclasını çağırdı
20.02.2018, 17:43

Putin Afrinə görə Təhlükəsizlik Şurasının iclasını çağırdı

İsmayıl Ömərov: “Səhərdən telefonum susmur”
20.02.2018, 17:40

İsmayıl Ömərov: “Səhərdən telefonum susmur”

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək
20.02.2018, 17:39

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək

Bakıda 21 miqrant saxlanıldı
20.02.2018, 17:22

Bakıda 21 miqrant saxlanıldı

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib - SİYAHI
20.02.2018, 17:19

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib - SİYAHI

Manatın sabahkı MƏZƏNNƏSİ
20.02.2018, 17:11

Manatın sabahkı MƏZƏNNƏSİ

Avropa İttifaqının nümayəndəsi məcburi köçkünlərlə görüşdü
20.02.2018, 16:59

Avropa İttifaqının nümayəndəsi məcburi köçkünlərlə görüşdü

Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK
20.02.2018, 16:56

Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK

Ceyhun Hacıbəylinin nəvəsindən iki MƏKTUB
20.02.2018, 16:52

Ceyhun Hacıbəylinin nəvəsindən iki MƏKTUB

Elşən Musayev: “Övladına desin ki, a bala, zalda erməni görən kimi qabağına qaçma”
20.02.2018, 16:35

Elşən Musayev: “Övladına desin ki, a bala, zalda erməni görən kimi qabağına qaçma”

Avtobus aşdı,10 nəfər öldü
20.02.2018, 16:35

Avtobus aşdı,10 nəfər öldü

Sürüşmə zonasının sakinlərinə kirayəpulu verməyə başladılar   
20.02.2018, 16:29

Sürüşmə zonasının sakinlərinə kirayəpulu verməyə başladılar  

Kobra qanı içən xüsusi təyinatlılar - FOTOLAR
20.02.2018, 16:27

Kobra qanı içən xüsusi təyinatlılar - FOTOLAR

ABŞ-dan Kiyevə dəstək: “Rusiyaya qarşı yanınızdayıq”
20.02.2018, 16:24

ABŞ-dan Kiyevə dəstək: “Rusiyaya qarşı yanınızdayıq

Siyasi partiya Azərbaycan hökumətinə hər bir vətəndaşa 100 dollar bağışlamağı TƏKLİF ETDİ
20.02.2018, 16:16

Siyasi partiya Azərbaycan hökumətinə hər bir vətəndaşa 100 dollar bağışlamağı TƏKLİF ETDİ

Bu ölkə öz vətəndaşlarına 300 dollar verəcək
20.02.2018, 15:58

Bu ölkə öz vətəndaşlarına 300 dollar verəcək

Arif Əsgərovun oğlu məhkəməyə çağırılıb
20.02.2018, 15:57

Arif Əsgərovun oğlu məhkəməyə çağırılıb

Elmar Məmmədyarov səlahiyyət müddəti başa çatan Misir səfirini qəbul edib
20.02.2018, 15:54

Elmar Məmmədyarov səlahiyyət müddəti başa çatan Misir səfirini qəbul edib

“Azərbaycan Demokratik Respublikasının dil siyasəti” müzakirə olunub
20.02.2018, 15:50

“Azərbaycan Demokratik Respublikasının dil siyasəti” müzakirə olunub

Məhv edilmiş 8 ailə: “Qardaşımı öldürəndən sonra, qızıl dişlərini çıxarmışdılar” - Xocalı DƏHŞƏTİ   
20.02.2018, 15:29

Məhv edilmiş 8 ailə: “Qardaşımı öldürəndən sonra, qızıl dişlərini çıxarmışdılar” - Xocalı DƏHŞƏTİ  

“Gita” Yeni Zelandiyada həyatı iflic etdi
20.02.2018, 15:29

“Gita” Yeni Zelandiyada həyatı iflic etdi

Macarıstanlı jurnalist Qarabağa qanunsuz səfər edib
20.02.2018, 15:16

Macarıstanlı jurnalist Qarabağa qanunsuz səfər edib

Ziyafət Əsgərov MDB müşahidəçilər missiyasının rəhbəri ilə görüşdü   
20.02.2018, 15:05

Ziyafət Əsgərov MDB müşahidəçilər missiyasının rəhbəri ilə görüşdü  

Nazirlik Prezidentin təşəbbüsünə münasibət bildirdi - Borclar niyə silinir...   
20.02.2018, 15:03

Nazirlik Prezidentin təşəbbüsünə münasibət bildirdi - Borclar niyə silinir...  

Nazirliklərdə İSTİSMAR - Mikayıl Cabbarov Fazil Məmmədovun “ənənəsinə” son qoydu  
20.02.2018, 14:54

Nazirliklərdə İSTİSMAR - Mikayıl Cabbarov Fazil Məmmədovun “ənənəsinə” son qoydu  

ARXİV