Modern.az

Azərbaycanda qanunsuz ov edənlər saxlanılıb

Azərbaycanda qanunsuz ov edənlər saxlanılıb

Aktual

22 Yanvar 2018, 12:32

Polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması, həmçinin qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. 

 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Şəki və Ağsu rayonlarında keçirilən belə tədbirlər zamanı 4 nəfər saxlanılıb, onlardan 2 ədəd ov silahı götürülüb. 


Belə ki, Şəki rayonunun Çeşməli kəndinin ərazisindəki “Qarasu” adlanan meşə zolağında qanunsuz ov edən Laçın rayon sakini Elman Rəhimov, Kəlbəcər rayon sakinləri Səfər Salmanov və qardaşı Coşqun polis əməkdaşları tərəfindən saxlanılıblar. C.Salmanovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.


Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
şəhər sakini Saməddin Kazımov Ülgüc kəndi ərazisində qanunsuz ov etdiyi üçün saxlanılıb. Ondan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.


Saatlı RPŞ-nin əməkdaşları
Dədə Qorqud kənd sakini Ramin Hacıyevdən “İJ-16” markalı ov tüfəngi və 11 ədəd patron, Sabirabad RPŞ-nin əməkdaşları rayon sakinləri Sabir Lətifovdan və Namus Niftiyevdən müvafiq sənədləri olmayan “TULA” və “İJ-58” markalı ov tüfəngləri götürülüb. 


Zərdab rayonunun
Çallı kənd sakini Eyvaz Osmanov müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır