Modern.az

“Qarabağ münaqişəsinin sülh yolu ilə həllinı ümidvaram”- Anders Samuelsen

“Qarabağ münaqişəsinin sülh yolu ilə həllinı ümidvaram”- Anders Samuelsen

23 Yanvar 2018, 20:03

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsinə nail olmalıyıq".  Modern.az "Report"a istinadən xəbər verir ki, bunu Avropa Şurası Nazirlər Komitəsinin sədri, Danimarkanın xarici işlər naziri Anders Samuelsen Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynovun sualını cavablandırarkən deyib.

 

Onun sözlərinə görə, vətəndaşların Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən zərər çəkməsi təəssüf doğurur: "Azərbaycan və Ermənistanın beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdükləri öhdəliklərə əməl etməsi və bu münaqişənin sülh yolu ilə nizamlanması çox vacibdir. Mən bu istiqamətdə ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyirəm. Çünki ATƏT-in Minsk Qrupu çərçivəsində müntəzəm görüşlər keçirilir. Ona görə də bu səylərin tezliklə müsbət nəticələr verəcəyinə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll ediləcəyinə ümidvaram".

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü