Modern.az

Ziya Məmmədovun qardaşı oğlu Salyana rəis təyin olundu

Ziya Məmmədovun qardaşı oğlu Salyana rəis təyin olundu

13 İyul 2011, 16:48

Daxili İşlər Nazirliyi bir neçə rayonun polis rəisinin dəyişdirilməsi barədə məlumatları təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Salyanın sabiq rəisi, polis polkovniki Şahmar Ənvər oğlu Paşayev Şamaxı, Qubanın sabiq rəisi, polis polkovnik-leytenantı Fuad Nəriman oğlu Məmmədli isə Salyan rayon Polis Şöbəsinə rəis təyin edilib. (APA)

Nazirin digər əmri ilə İmişli Rayon Polis Şöbəsinin rəisi Hüseynəli Məlikov tutduğu vəzifədən azad edilərək Lerik Rayon Polis Şöbəsinə rəis təyin olunub. Lerikin sabiq rəisi Nurəli Nurəliyev isə daxili işlər nazirinin sərəncamındadır.

Qeyd edək ki, Salyana rəis təyin edilən Fuad Məmmədli nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü