Modern.az

Silah satan nəhəng şirkətlər – SİYAHI

Silah satan nəhəng şirkətlər – SİYAHI

Aktual

29 Yanvar 2018, 15:02

Dünyada silah və hərbi xidmətlər üzrə texnikaların satışlarının ardıcıl olaraq 5 il azalmasından sonra son iki ildə satışlar 1.9 % artıb. 2016-cı ildə silah satışları 374,8 milyard dollara çatıb və Amerika şirkətləri 217,2 milyard dollarıq satış həyata keçiriblər.

 

2017-ci ildə də Amerika Birləşmiş Ştatlarının “Locheed Martin” şirkəti 40.83 milyard dollarlıq satışla ilk sıradakı yerini qoruyub. “Boeing”in silah satışları 29.5 milyard dollara yüksəlib və İngiltərəyə “P-8A” dəniz dövriyyəsi təyyarələri və “AH-64E” hücum helikopterlərinin satışı da diqqətdən kənarda qalmayıb.

 

Modern.az xarici KİV-lərə istinadən dünyanın ən böyük silah şirkətlərini təqdim edir:

 

1.ABŞ, Lockheed Martin şirkəti- 40.83 milyard dollar

2.ABŞ, Boeing şirkəti- 29.51 milyard dollar

3.ABŞ, Raytheon şirkəti- 22.91 milyard dollar

4.Böyük Britaniya, Bae Systems şirkəti- 22.79 milyard dollar

5.ABŞ,Northrop Grumman şirkəti- 21.40 milyard dollar

6.ABŞ, General Dynamics şirkəti- 19.23 milyard dollar

7.Avropa İttifaqı, Airbus şirkəti,- 12.52 milyard dollar

8.ABŞ, L3 şirkəti- 8.89 milyard  dollar

9.İtaliya, Leonardo şirkəti- 8.50 milyard dollar

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü