Modern.az

Moskva aeroportlarında 200-dən çox aviareys təxirə salınıb

Moskva aeroportlarında 200-dən çox aviareys təxirə salınıb

Dünya

4 Fevral 2018, 23:57

Güclü qar səbəbindən Moskva aeroportlarında 200-dən çox aviareys təxirə salınıb. Modern.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, yerli vaxtla saat 22:00-a olan məlumata əsasən "Vnukovo" aeroportunda 22, "Domodedovo" aeroportunda 51, "Şeremetyevo"da isə 147 aviareys təxirə salınıb.

 

Bundan əlavə “Vnukovo”da 1, “Domodedovo” hava limanında isə 16 uçuş ləğv edilib.

 

Qeyd edək ki, Moskvada iki gün ərzində düşən yağıntının miqdarı aylıq normanın 100 faizini təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır