Modern.az

Çingiz Qənizadə: “Bələdiyyələrlə bağlı müəyyən faktlarım var”

Çingiz Qənizadə: “Bələdiyyələrlə bağlı müəyyən faktlarım var”

Aktual

13 Fevral 2018, 13:30

““İctimai iştirakçılıq haqqında” qanun qəbul edilməzdən 7-8 il öncə Ədliyyə Nazirliyində ictimai komitə yaranmışdı. Burada aparılan islahatlar şəffaflıq, ictimai komitənin üzvlərinin iştirakı ilə həyata keçirilir.

 

Ona görə də Ədliyyə Nazirliyinin digər orqanlarında müəyyən ictimai bnəzarəti həyata keçirməklə bağlı həm də bələdiyyələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən orqanın fəaliyyəti ilə də yaxından tanışam. Mən bugünkü hesabata qədər də müəyyən faktlara malik idim”

 

Modern.az-ın məlumatına görə, bunu deputat Çingiz Qənizadə Milli Məclisdə“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

 

Deputat qeyd edib ki, bu qurumda son illərdə aparılan işlər birdən-birə sıçrayışla özünü göstərməyə başladı.

 

“Biz bir fakta nəzər salsaq görərik ki, 2017-ci ildə inzibati nəzarət qaydasında Ədliyyə Nazirliyinə daxil olmuş 62618 bələdiyyə aktının baxılması, buna qiymət verilməsi bu orqanda nə qədər ağır iş yükünün olması deməkdir.

 

Yəni, bunlardan təxminən 60 mininə baxılıb və müsbət dəyərləndirilib. Amma yerdə qalan 740-ı ləğv edilib, 714-ü dəyişdirilib və bir neçəsi isə məhkəməyə göndərilib. 60 min ərizəyə bir orqan tərəfindən yoxlanılması ciddi faktdır”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır