Modern.az

NATO iki yeni komandanlıq mərkəzi yaradacaq

NATO iki yeni komandanlıq mərkəzi yaradacaq

Aktual

14 Fevral 2018, 22:10

"NATO-ya üzv ölkələrin müdafiə nazirləri Atlantika üzrə komandanlıq, Avropada loqistika üzrə komandanlıq və kiber-əməliyyat mərkəzinin yaradılmasına dair razılığa gəliblər". Modern.az  APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

 

“Biz Şimali Amerika ilə Avropa arasında dəniz xətləri kommunikasiyalarının qorunması üçün Atlantika üzrə birləşmiş komandanlıq yaradacağıq. Eyni zamanda, çevikliyin təmin edilməsi üçün NATO nəzdində yeni köməkçi loqistika komandanlığı yaradılacaq”,- deyə baş katib bildirib.

 

Brüsseldə mətbuat konfransında çıxış edən Y.Stoltenberq həmçinin NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı Qərargahında (SHAPE) yeni kiber-əməliyyat mərkəzinin yaradılacağını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır