Modern.az

Polis 600 kiloqram narkotik vasitə ələ keçirdi

Polis 600 kiloqram narkotik vasitə ələ keçirdi

Aktual

16 Fevral 2018, 18:31

İspaniyada Mərakeşdən Avropa ölkələrinə narkotik vasitələrin daşınması ilə məşğul olan beynəlxalq qruplaşma saxlanılıb.

 

Modern.az-ın məlumatına görə, ispan polisinin keçirdiyi əməliyyat nəticəsində 16 nəfər tutulub.

Saxlanılan şəxslər arasında İspaniya, Böyük Britaniya və İsveçrə vətəndaşları var.

Qruplaşma üzvləri narkotik satışından əlavə çirkli pulların yuyulması, saxta sənədlərin hazırlanması, nəqliyyat vasitələrinin oğurlanması və digər cinayətlərdə şübhəli bilinir.

Əməliyyat zamanı 600 kiloqrama yaxın narkotik vasitə, silah və 360 min avroya yaxın pul müsadirə edilib.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır