Modern.az

MSK martın 3-dək seçici siyahılarını dəqiqləşdirəcək  

MSK martın 3-dək seçici siyahılarını dəqiqləşdirəcək   

19 Fevral 2018, 16:25

Azərbaycanda seçicilərin daimi siyahısının tərtib edilməsi istiqamətində işlər sürətləndirilib.

Modern.az-ınməlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov MSK-nın bu gün keçirilən iclasında deyib.

N.Məmmədov bildirib ki, seçicilərin siyahısının dəqiqləşdirilməsi və tərtib edilməsi istiqamətində yerlərdə fəal iş aparılır. Onun sözlərinə görə, bu işlər mart ayının 3-ə qədər yekunlaşacaq.

MSK sədrinin müavini bildirib ki, hazırda əldə olunan məlumata görə, ötən illə müqayisədə seçicilərin sayı 28344 nəfər artıb, ancaq dəqiq məlumat martın 3-də məlum olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır